Prezident DİN-lə bağlı sərəncam verdi: Üç nəfər general oldu - SİYAHI

img

01-07-2015 [12:13]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.


Sərəncama görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilib:

polis general-leytenantı ali xüsusi rütbəsi:

polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə

polis general-mayoru ali xüsusi rütbəsi:

polis polkovniki Seyfulla Səttar oğlu Əzimova

polis polkovniki Əkbər Arif oğlu Yusifova.


Qeyd edək ki, İsmət Əliyev Daxili işlər naziri Ramil Usubovun müavini, Seyfulla Əzimov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi, Əkbər Yusifov isə MDB iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktorunun müavini vəzifəsində çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA