Qarabağ müharibəsi Qazisinin dərdi var, amma "dərmanı"na əlac eləyən yoxdur - Acı durum

img

30-06-2015 [22:34]


Bu günlərdə üzərində  açıq ürək cərrahiyyə əməliyyatı keçirilən Qarabağ müharibəsi Qazisi, II qrup vətən müharibəsi əlili Xalıqverdi Həsənovun müalicəsini davam etdirməsi üçün maddi dəstəyə ehtiyacı var. 

Bu barədə Mia.az-a Qarabağ qazisinin yaxınları məlumat verib. Bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edilsə də, hələ müsbət cavab verilməyib: "Xalıqverdi Həsənovun səhhəti stabil deyil. Ağır cərrahiyyə əməliyyatından sonra müharibədə aldığı yaraların yerində şiddətli ağrılar başlayıb. O, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə kəllə-beyin travması alıb. Bəzən ağrılar o qədər şiddətlənir ki, bu ağrılardan huşunu itirir”.

Daxil olan məlumatı dəqiqləşdirmək və qazinin sağlamlığı ilə yaxından tanış olmaq üçün  Xalıqverdi Həsənovun 0557182561 saylı mobil telefonuna zəng  vurduq. 

Məlumatı təsdiq edən qazimiz səhhətinin ağır olduğunu təsdiqləyib: "Uzun müddət ürək ağrılarını özü ilə gəzdirirdi. Nəhayət, vəziyyətimin günü-gündən pisləşdiyini görüb borc-xərc tapıb əməliyyat olundum. İndi həm aldığım borcu qaytarmaq, həm də müalicəni davam etdirmək üçün maliyyə vəsaitinə ehtiyacım var. Lakin hara müraciət edirəm, nəticəsiz qalır. Məcbur olub yaşadığım mənzili satışa çıxarmışam. Beş nəfərdən ibarət ailədə qazanc gətirən təkcə mən idim. Mən də yorğan-döşəkdə xəstə düşmüşəm. Bir əl uzadan, kömək edən yoxdur.” 

Qarabağ Qazisi  daha sonra deyib: "Mən heç kəsə ərazi bütövlüyümüz uğrunda vurşmağımı minnət qoymuram. Bu bir Azərbaycan türkü olaraq mənim, eləcə də hamımızın müqəddəs borcudur. Ali Baş Komandan əmr versə, yorğan-döşəkdən qalxıb sürünə-sürünə də olsa ön cəbhəyə gedərəm. Bizim xalqın humanist, xeyrxahlıq xüsusiyyəti də var.  Düzü istəməzdim ki, kiməsə əziyyət verim. Amma buna məcburam. Ümid edirəm ki, bu müqəddəs Ramazan ayında iş adamları, imkanlı soydaşlarım məni darda qoymayacaq, öz kömək əlini uzadacaqlar. Ən böyük gözləntim isə cənab prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyevayadır".

Xatırladaq ki,  Xalıqverdi Həsənov 1991-ci il dekabrında tankçı  kimi Milli Ordu sıralarına qoşulub və Şuşa, Laçın, Ağdərə, Ağdam, Qubadlı, Qazax bölgələrində keçirilən hərbi əməliyyatlarda döyüşüb. Xocalı soyqırımının sahidi olub. Agdamda gedən döyüşlərdə iki dəfə ağır kəllə-beyin travması alaraq yaralanıb. O, 1997-ci ildə Milli Ordu  sıralarından təxris  olunub. Milli Qəhrəman Çingiz Mustafayevin döyüş bölgələrindən və hərbi əməliyyatlardakı bir çox çəklişlərdə lentə alınıb və bu süjetlər ANS TV-nin arxivində saxlanılır. Ehtiyatda olan zabitdir.

Qarabağ Qazisinə kömək etmək istəyənlər aşağıdakı bank hesabına vəsait köcürə bilərlər:. 

Azərbaycan Beynəlxalq Bankın Nərimanov Rayon Filialı 

SWIFT : IBAZAZ2X

Ünvan: H.Əliyev küçəsi 95. Bakı-1110
Tel: 4656562
Fax:4656558
 
Həsənov Xalıqverdi Həsən oğlu
Az 35İBAZ3801019442129054206
Kod:805540
Müxbir hesabi: AZ03NABZ01350100000000002944
S.W.I.F.T 
Bik: İBAZ2X

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA