30-06-2015 [16:35]
Azər HƏSRƏT
Sosial medianın geniş yayılması və əlçatan olması insanlar arasındakı fərqləri də bəzən heçə endirir. Bu media imkan verir ki, dağ başında qoyun otaran çobanla bir universitetdə dərs deyən professor, yaxud da adi kəndlilə deputat, nazir heç bir vasitəçi olmadan ünsiyyət qursun, söhbət eləsin, müzakirə açsın.
Bu yeni texnologiya həm də yeni münasibətlər sistemi gətirib özüylə. Adi həyatdakı qaydaların böyük çoxluğu bu müstəvidə də keçərlidir. Amma bəzən bəzi adamlar hətta ən adi qaydaları gözləməkdə çətinlik çəkirlər. Ədəb həddini, əxlaq sınırını aşanlar tez-tez çıxır qarşımıza. Baxırıq, görürük gəncdir, çox zaman da dünyadan xəbərsizdir, təcrübəsizdir, təmkinlə yanaşırıq. Düşünürük ki, gənclərin səhv etmə haqqı var. Çünki biz də bir zamanlar gənc olmuşuq, səhv etmişik, səhvimizi anladıqda üzr də istəmişik. Yəni insan halıdır, hər şey ola bilər və bir el sözümüzdə deyildiyi kimi "anlayan anlamayana borcludur”.
Bütün bunlarla bərabər bəzən elə hallara da rast gəlirik, açığı, ortaya çıxan sualların cavabını heç cür tapa bilmirik. Çünki bizim düşüncəmizdə fərqli fikirlərə hər zaman yer var, amma söyüşə, təhqirə heç zaman təmkinli yanaşa bilmərik. Yəni bizi və fikirlərimizi, əməllərimizi hər kəs, hətta bizdən yaşda da, başda da xeyli aşağıda olanlar istənilən sərtlikdə tənqid edə bilər, amma təhqir edənlərə dözmərik. Bu, bizim prinsipimizdir və sosial şəbəkələrdə bizimlə münasibətlərdə həddini aşanları mümkün olduqca tərbiyələndirməyə çalışırıq, bu alınmayanda da bloklayırıq ki, haydı, başqa qapıya.
Tərbiyə həddi. Bax, bu həddi aşanların çoxu, çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyətindən narazı olub ona alternativliyə iddia edən siyasi təşkilatların üzvləri olur. Kimsə düşünməsin ki, bu yazımla həmin siyasi qüvvələri hədəfə almaq kimi bir məqsədim var. Sadəcə anlamadığım, anlamaqda çətinlik çəkdiyim bir məsələni aydınlaşdırmaq üçün yazıram bu yazını.
21 iyunda "Xəzər” TV-də mənim təqdimatımda yayımlanan "Tərs bucaq” verilişində bəzi Qərb media qurumlarının Azərbaycana qarşı kampaniyaçılığını şərh etmişdim. Suallar vardı, cavablandırmağa çalışmış, ümumi durumu şərh etmişdim. Zatən hər bazar günü etdiyim, Azərbaycanın daxili siyasi gündəmindən uzaq bir verilişdir "Tərs bucaq”.
Bir də bütün verilişlərimizi istisnasız olaraq YouTube və Facebook üzərindən paylaşırıq ki, baxa bilməyənlər istədikləri vaxt bu imkandan istifadə etsinlər. Üstəlik, Facebook səhifəmizdə (facebook.com/tersbucaq) verilişlərimizin müzakirəsi üçün də şərait yaradırıq. Yəni insanlar bizimlə nədəsə razı olmadıqda və ya hansısa təklifləri olduqda, buyursunlar, müzakirə açsınlar. Bu da bizim fərqli fikirlərə sayğımızdan, özümüzə qarşı tənqidlərə açıq olmağımızdan irəli gəlir.
Bizim belə xoş məramımız, yuxarıda da qeyd etdiyimiz kimi, bəzən yanlış anlaşılır, şəxsimizə və işimizə qarşı təhqirlərə tuş gəlirik. Şübhə etmirik ki, bu təhqirləri bizə ünvanlayanlar çamur içində olan, geri zəkalı, ağzından çıxanı qulağı duymayanlardır.
21 iyundakı verilişimizin Facebook səhifəmizdə yayımlanmasından sonra bir şərhə rast gəldim. Profilində şəkli olan, adını Rəsulbəyli Etibar kimi qeyd edən və AXCP adlı yerdə işlədiyi göstərilən birisi "sizə yuxarıdan tapşırıq gəlib hə ki, avropanı batırasız. heç vicdanınız sızlamır ki bu qeder xalqa yalan məlumat verirsiz. çaqqal yığını” yazaraq bizi təhqir edirdi. Təmkinlə oxuyub adamı tərbiyəyə dəvət etməyə çalışdıq: "Yazdığınız tərbiyə həddini aşdığı üçün cavab vermirik”. Daha irəli gedərək, görün nə yazır bu adam: "verede bilmersiz cunki demeye sozunuz ola da bilmez. sizin kimilernen bu xalqın axırı ne olacaq Allah bilir”. (Adamın yazdıqlarını olduğu kimi təqdim edirik. Azərbaycan dili bizi bağışlasın. – A.H.)

Sözü gedən şərhlər
Belə anlaşıldı ki, heç vaxt rast gəlmədiyim, tanımadığım və məni də yəqin ki, tanımayan bu adam heç bir əxlaq sınırı tanımadan ədəbsiz şəkildə, dəxli olmadan təhqirə də yol verir, əsassız ittihama da, üstəlik, normal mükaliməyə dəvəti də rədd edir.
İşim yox, o onun tərbiyəsi(zliyi), o da özü. Yəqin ki, bu cür adamlar evdə ata-anaları, böyüklərilə də belə küçə səviyyəsində ünsiyyət qururlar. Ümumiyyətlə isə bu cür adamların tərbiyəsi onların böyüklərinin əxlaqının inikasından başqa bir şey deyil. Zatən deyirlər axı, uşaq evin güzgüsüdür.
Bizi maraqlandıran başqa məsələdir. Necə olur ki, bu tərbiyə, ədəb anlayışından məhrum adamlar AXCP kimi bir qurumda olur həmişə? Axı bunlar niyə öz başlarına yalnız küçə leksikonundan anlayanları toplayır? Məgər siyasi mübarizəni, lap belə kəskin şəkildə də olsa, ədəb çərçivəsində aparmaq doğrudanmı mümkünsüzdür? Necə olur ki, AXCP üzvü olduğunu bəyan edənlər hər yetdiklərini bu cür küçə leksikonuna "qonaq etməyi” normadan sayırlar? Bu, nə təşkilatdır, bunun bir başçısı, heç olmasa elementar ədəb qaydalarını anlayan rəhbəri yoxdurmu? Axı bu adamlar bu gün məni söyürlərsə, bir gün siz rəhbərləri söyməyəcəklərinə kim təminat verir?
Vallah anlamıram, billah anlamıram: bunlar niyə belə tərbiyəsiz olur? Bir anlayan varsa bizə də anlatsın lütfən.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi