30-06-2015 [16:05]
Bu barədə Trend-ə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
Onun sözlərinə görə, bu tapşırıq həmin müəllimlərin dərs saatları ilə təminatı ilə bağlıdır.
İlham Nağıyev bəzi fənlərin ləğv edilməsinin onu tədris edən müəllimin maddi durumuna təsir göstərməməsi üçün yaxın məktəblərdə də dərs saatının verilməsi istiqamətində hazırda işlərin aparıldığını da söyləyib: "Müəllim öz işlədiyi məktəbdən başqa qonşu məktəblərdə də dərs deyə bilər. Artıq yerli təhsil idarətetmə orqanlarına müvafıq tapşıq verilib ki, həmin müəllimlər dərs yüksüz qalmasın”.
Nazirlik rəsmisi bildirib ki, təmayüllü siniflərin yaranması nəticəsində yuxarı siniflərdə hər hansı müəllimin dərs yükü azala bilər. Amma ölkə, eləcə də Bakı şəhəri üzrə müəllimlərin dərs yükü ilə bağlı ümumi mənzərəyə baxıldıqda böyük fərqin yaranması müşahidə edilməyəcək: "Müəllimlərin narazılığı olur. Amma biz konkret bir məktəbin, bir müəllim üzərində deyil, respublika və Bakı üzrə ümumi mənzərəyə baxsaq, görərik ki, bu, elə də böyük nəticələrə səbəb olmayacaq. Bu, kompensasiya olunacaq və öz axarına düşəcək”.
İlham Nağıyev qeyd edib ki, tədris ili bitəndə müəyyən edilmiş yaş həddinə çatmış müəllimlər pensiyaya çıxırlar: "Belə müəllimlərin isə sayı az olmur. Digər tərəfdən, analıq məzuniyyətinə də çıxan müəllimlərin sayı kifayət qədərdir. Bəs, bu dərs yükləri kimin üzəində qalır? Bu dərs yükləri də müəllimlərin arasında bölüşdürülür. Hər hansı müəllim təmayüllü siniflərin yaradılmasına görə öz dərs yükünü itirsə də, yaş həddi, analıq məzuniyyəti və digər səbəblərə görə işindən uzaqlaşan müəllimlərin dərs yükü bölüşdürüldüyündən bu, kompensasiya olunacaq”.
İlham Nağıyev əlavə edib ki, son illərdə məktəblərdə I sinfə qəbul olunan şagirdlərin sayı da artır: "Bu amil özü müəllimlərin dərs yükünün artmasına səbəb olur. Bu, o deməkdir ki, müəllimin hansısa konkret bir sinifdə dərs yükü azalsa da, digər siniflər üzrə dərs yükü artır. Ola bilər ki, bir müəllimin bu tədris ilində dərs yükü az olsun. Amma gələn tədris ilində siniflərin sayı çoxaldıqca, bu da öz-özlüyündə kompensasiya olunacaq”.
Xatırladaq ki, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11 siniflərində tədris təmayüllər üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət istiqamətləri üzrə) təşkil olunacaq.
Tədrisin təmayüllülər üzrə təşkil olunacağı siniflərdə tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə isə 10-dək azaldılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi