Çempionlar Liqasında həyəcan başlayır - CƏDVƏL

img

30-06-2015 [12:49]


Bu gün azarkeşlər Çempionlar Liqası və Avropa Liqasında 6 qarşılaşmanın şahidi olacaq.
 
Bunlardan 3-ü qitənin ən nüfüzlu klub turniri – Çempionlar Liqası, digər 3-ü isə Avropa Liqası çərçivəsində baş tutacaq. Təmsilçimiz "Qarabağ”ın da iyulun 15-də ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacağı Çempionlar Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
 
Çempionlar Liqası
 
21:00 "Pünik” (Ermənistan) - "Folqor” (San-Marino)
23:00 "Linkoln” (Cəbəllürariq) - "Santa Koloma” (Andorra)
23:45 "Kruzaders” (Şimali İrlandiya) - "Levadiya” (Estoniya)
 
Elə birinci təsnifat mərhələsindən üç klubla (İnter, Qəbələ və Neftçi) təmsil olunduğumuz Avropa Liqasında da bir-birindən maraqlı, gərgin matçlar oynanılacaq. Klublarımız isə ilk görüşlərini iyulun 2-si keçirəcək.
 
Avropa Liqası
 
21:00. "Baltsan” (Malta) - "Jelezniçar” (Bosniya və Herseqovina)
22:00. "Proqres” (Lüksemburq)- "Şemrok Rovers” (İrlandiya)
00:00. "Renova” (Makedoniya) - "Daçiya” (Moldova)
 
Bu mərhələnin cavab oyunları iyulun 7, 9-da baş tutacaq. (ans)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA