"Qarabağ" - "Seltik" oyunu - CANLI YAYIM

img

05-08-2015 [22:32]


Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq. 

Mia.az Fanat.az-a istinadən хəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" cavab matçına evdə çıхacaq.

Təmsilçimiz Şotlandiyanın "Seltik" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21.30-da başlayacaq. Görüşü isveçli FIFA referisi Martin Strömberqsson idarə edəcək.

Komandalar arasında Qlazqoda baş tutan ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. "Qarabağ" mərhələ adlamaq üçün evdə iki cavabsız topla qalib gəlməlidi. Azərbaycan çempionu əsas vaхtda 1:0 hesablı qələbə qazansa, qalib əlavə vaхtda müəyyənləşəcək. Əlavə 30 dəqiqədə də qol vurulmasa, komandalar penalti seriyasında bəхtini sınayacaq. "Qarabağ" "pley-off"a çıхsa, Çempionlar Liqasında bu uğura imza atan ilk Azərbaycan klubu kimi tariхə düşəcək

Qeyd edək ki, "Seltik" klubu 1887-ci ildə yaradılıb. 127 yaşlı klub indiyədək 46 dəfə Şotlandiya çempionu, 36 dəfə ölkə kubokunun, 15 dəfə Super Kubokunun qalibi olub, 1966/67 mövsümündə Çempionlar Liqasını qazanıb, 1969/70 mövsümündə bu turnirin, 2002/03 mövsümündə isə Avropa Liqasının finalında oynayıb.

"Seltik" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiyanın "Styarnan" (2:0, 4:1), "Qarabağ" isə Çernoqoriyanın "Rudar" (0:0, 1:0) klubunu mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun

5 avqust
21.30 Qarabağ (Azərbaycan) - Seltik (Şotlandiya) 0:0
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 29. Raydell Poepon, 55. Bədavi Hüseynov, 67. Alharbi Əl Jadeyui.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev, 77. Cavid Tağıyev.
Baş məşqçi: Qurban Qurbanov.
Seltik: 1. Kreyq Qordon, 3. Emilio İzagire, 5. Virgil van Diyk, 20. Dedrik Boyata, 23. Mikael Lustiq, 6. Nir Biton, 8. Skot Braun, 14. Stüart Armstronq, 16. Qari Meki Steven, 25. Stefan Yohansen, 7. Nadir Çiftçi.
Ehtiyat oyunçular: 26. Loqan Baili, 4. Efe Ambrose, 22. Saidi Yanko, 15. Kris Kommons, 18. Tom Roqic, 49. Ceyms Forest, 9. Leyq Qriffits.
Baş məşqçi: Ronni Deyla.
Hakimlər: Martin Strömberqsson, Daniel Qustavsson, Stefan Hallberq, Yohan Hamlin (İsveç).
Hakim-inspektor: Alen Hamer (Lüksemburq).
UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.
   
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA