Mərkəzi Bankdan kreditlərlə bağlı QƏRAR: 1 faiz endirim

img

30-06-2015 [11:18]


Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılmasına dair göstəriş verib.

Mia.az "Report"a istinadən xəbər verir ki, qərar artıq bu gündən qüvvədədir.

Məlumata görə, AMB-nin bu qərarı nəticəsində bir çox banklar istehlak kreditləşdirilməsini müvəqqəti dayandırıb və yaxın dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün bank rəhbərliyi səviyyəsində məsləhətləşmələrə başlanılıb.

Xatırladaq ki, son aylarda bir çox kommersiya bankında kreditlərə görə komissiya xərcləri 3-7% civarında olub.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sözügedən dəyişiklik ancaq istehlak kreditinə aiddir. Mikro kreditləri ilə bağlı AMB heç bir qərar verməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA