Şirkət rəhbəri axtarışda - 10 milyonluq maxinasiya

img

29-06-2015 [13:18]


Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində axtarış elan edilib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1963-cü il təvəllüdlü Tağıyev Elman Həsənqulu oğlu Cinayət Məcəlləsinin dələduzluq (Cinayət Məəcəlləsininin 178-ci maddəsi) , vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (Cinayət Məəcəlləsininin 308-ci maddə), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq dəyişmə (Cinayət Məəcəlləsininin 319-cu maddə) və vergidən yayınmaqda (Cinayət Məəcəlləsininin 213-cü maddə) təqsirləndirilir.

Qeyd edək ki, E. Tağıyev "Birlik-İnşaat” MMC və "Hayan-E” MMC-nin rəhbəri olub. E. Tağıyev 210 mənzili 543 nəfərə təkrar sataraq, ümumilikdə vətəndaşlara 10 milyon manatdan çox ziyan vurub. E. Tağıyev və onun ətrafında olan şəxslərin qanunsuz hərəkətləri ilə bağlı başlanmış cinayət işinə 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Lakin E. Tağıyev ölkədən qaçdığı üçün məhkəmənin onunla bağlı çıxardığı qərar icra olunmayıb.
(Apa)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA