Zakir Həsənov: "Əsgərimiz dolma, kiftə, piti yeyir"

img

29-06-2015 [11:23]


Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günündə ATV-yə müsahibə verib.

AzVision.az xəbər verir ki, nazir müsahibəsində Azərbaycan Ordusunun hazır vəziyyətindən, bu il baş tutan təlimlərdən danışıb.

Nazir bildirib ki, düşmən vahimə içindədir və cəbhə bölgəsində təşəbbüs Azərbaycan Ordusundadır:

"Bir dəfə mənə dedilər ki, yüzlərlə gənc cəbhəboyu rayonlardan gələrək vuruşmaq istəyir. Bu, çox sevindirici haldır. Xalq Azərbaycan Ordusuna inanır. Əvvəllər əsgərlər istəyirdi ki, ön cəbhədən ikinci xəttə keçsinlər, indi isə müraciət edirlər ki, onları ön xəttə göndərək. Tam məsuliyyətlə deyirəm ki, ordumuz torpaqlarımızı azad etməyə qadirdir".

Z. Həsənov daha sonra əsgərlərin yeməyinə də toxunub: "Bizim əsgər Azərbaycan dolmasını, kiftəsini, bozbaşını, pitisini yeyir".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA