Nazirlik “Aqrolizinq”i yoxladı, nöqsanlar aşkarlandı; Baş Prokurorluğa ŞİKAYƏT

img

29-06-2015 [11:09]


Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrlərinə əsasən, "Aqrolizinq” ASC-nin Masallı rayon Aqroservis filialının, "Aqrolizinq” ASC-nin Salyan rayon Aqroservis filialının və Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmamazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub. Auditin nəticələri ilə bağlı materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA