Bu gün sizi nələr gözləyir? - Bürclər

img

29-06-2015 [04:55]


QOÇ - Ulduzların düzümü şəxsi büdcənizdə artım olacağını bəyan edir. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Nahardan sonra isə səhhətinizə bir qədər diqqət ayırın.

BUĞA - Əgər uzaq səfərə çıxmaq planınız varsa, onu təxirə salmayın. Maliyyə çətinliyiniz olsa belə, borc götürüb yola çıxın. Çünki bu addımı atmaqla gələcək uğurlarınıza təkan verəcəksiniz.

ƏKİZLƏR - Təəssüf ki, Göy qübbəsi gərgin bir gün yaşamaq ehtimalınızdan xəbər verir. Bu amili nəzərə alıb hər addımda ayıq-sayıqlığınızı artırmalısınız. Haqlı olsanız da, mübahisələrə girişməyin.

XƏRÇƏNG - İşgüzar danışıqlarda iştirak etmək üçün sərfəli vaxtdır. Bütün müsahibləriniz sizinlə razılaşacaq. Amma gərək siz də reallıqdan yararlanasınız. Kimisə aldatmaq fikrinə düşməyin.

ŞİR - Ünsiyyətdə olduğunuz insanlarla mübahisələr, o cümlədən işlə bağlı uğursuzluqlar sizi yora bilər. Bir az dincəlməyə çalışın. Pulla bağlı problemlərə görə özünüzü çox da üzməyin.

QIZ - Astroloji göstəricilər bu təqvimin sizin üçün o qədər də rahat keçməyəcəyini bəyan edir. Səhhətinizlə bağlı problemlər və bəzi cəhdlərinizin boşa çıxması ovqatınızı aşağı sala bilər.

TƏRƏZİ - Sinoptiklərlə heç də həmişə razılaşmayan ulduzlar bu təqvimin mülayim keçəcəyini bəyan edir. Odur ki, planlarınızı təxirə salmayın. Amma daxili orqanlarınıza nəzarəti də artırın.

ƏQRƏB - Yalnız ikitərəfli əməkdaşlıq və sövdələşmələrdə müəyyən uğurlara yiyələnə bilərsiniz. Qalan məsələlərdə isə risk etməyə dəyməz. Hər bir söhbətdə təşəbbüskarlığı əldə saxlayın.

OXATAN - Maraqlı görüşlər yolunuzu gözləyir. Qarşıdakı həftədə atacağınız addımları reallaşdırmaq üçün bu təqvimdən maksimum bəhrələnməlisiniz. Sevgi məsələlərində isə daha səmimi olun.

OĞLAQ - Şəxsi büdcənizdə müəyyən çətinlikləriniz olsa da, gün ərzində rastlaşdığınız hadisələr əhval-ruhiyyənizi yüksəldəcək. Çalışın ki, qətiyyətsiz hərəkətlərinizə son qoyasınız.

SUTÖKƏN - Saat 12-yə qədər ümumi əhvalınız aşağı səviyyədə olsa da, sonrakı müddətdə vəziyyət xeyrinizə olacaq. Boş və mənasız şeylərə görə çılğınlıq etməyiniz əbəsdir. Təmkinli olmağa çalışın.

BALIQLAR - Durumunuzdan bəlli olur ki, məqsədlərinizi reallaşdırmaqda sizə qarşı maneələr çoxdur. Amma narahat olmağa dəyməz. Çünki enerji və gücünüz sizi qələbəyə yaxınlaşdıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA