Kəskin istilər gəlir: Ehtiyatlı olun

img

28-06-2015 [15:43]


Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axar.az-a bildirilib ki, iyunun 29-daBakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəzlənəcək. Paytaxtda havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyunun 29-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Dağlarda havanın temperaturu gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA