“Azərbaycanı kəşf et” - Bakı Beynəlxalq Tələbə Klubu (FOTO)

img

28-06-2015 [00:06]


Bakı  Beynəlxalq Tələbə Klubu Bakı 2015 Avropa oyunları ilə bağlı "Azərbaycanı kəşf et”  layihəsini həyata keçirib.

Mia.az xəbər verir ki, fəaliyyətinin əsas istiqaməti Azərbaycanın əcnəbi tələbələrə  tanıdılması olan Bakı  Beynəlxalq Tələbə Klubu yeni bir layihəni uğurla həyata keçirib . Layihə "Azərbaycanı kəşf et”  şüarı altında ölkəmizin ən gözəl  tarixi regionlarından olan Şəki  şəhəri və Qax rayonunda həyata keçirilib. Bu layihə eyni zamanda dünyada ilk dəfə keçirilən və ölkəmizin ev sahibliyi etdiyi "Bakı 2015" - Avropa oyunlarına həsr  olunaraq, 15 ölkənin 50-ə yaxın əcnəbi tələbəsini əhatə etmişdir.

Əcnəbi gənclər Bakı 2015 Avropa oyunları ilə bağlı müzakirələrdə fəallıq göstərərək müxtəlif fikirlər səsləndirmişlər. 

Onlardan  Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi  Nigeriyalı  Fayehun Tommi  Avropa Oyunlarının Azərbaycanın dünyada tanıdılmasında böyük rolu olacağını qeyd etmiş, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, çinli  Liu Jia isə bu tarixi hadisənin məhz onların təhsil aldığı ölkədə keçirilməsinin  çox qururverici olduğunu və Avropa oyunlarının açılış və bağlanış mərasimləri də daxil olmaqla , bir sıra oyunlara biletləri öncədən aldığını bildirmişdir. 

Bundan başqa Azərbaycan Tibb Universitetinin Tələbəsi, əslən İraqdan olan  Əhməd  İsmayıl  isə Bakı 2015 Avropa oyunlarının ölkəmizə turist axınının artması ilə yanaşı, Azərbaycanın turizm  potensialının  inkişafına böyük təkan verəcəyini söyləyib. 

Layihənin rəhbəri, Bakı  Beynəlxalq Tələbə Klubunun rəhbəri  Aysəba Umutlu hər bir hadisənin ilkinin yadda qalan, tarixi olduğunu qeyd edərək Avropa Oyunlarının ölkəmizdə təhsil alan əcnəbi tələbələr üçün də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onlar öz ölkələrində  olmayan bir təcrübə ilə yaxından tanış olmaq imkanı qazanıblar:

 "Biz hər zaman olduğu kimi bu layihədədə də öz məqsədimizə uyğun olaraq məhz əcnəbi gənclərin fikirlərini öyrənmək , onlarla Bakı 2015 Avropa oyunlarından danışmaq istədik ki, nəticə etibarı ilə layihəmiz çox uğurla həyata keçirildi və çox maraqlı fikirlər aldıq”. 

Qeyd edək ki,  Azərbaycanın Əcnəbi Tələbə  və Gənclər vasitəsi ilə Beynəlxalq aləmdə təbliği  layihəsi 8-9 may tarixlərində, Azərbaycan Respublikası Prezidenti  Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə Bakı Beynəlxalq Tələbə Klubu tərəfindən həyata keçirilmişdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA