Kəmaləddin Heydərovdan xəbər var - Qrafik açıqlandı

img

27-06-2015 [22:46]


Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 iyun 2015-ci il tarixində Göyçay şəhərində, Heydər Əliyev Mərkəzində, saat 11.00-dan etibarən vətəndaşların qəbulu keçiriləcək.

FHN-dən verilən xəbərə görə, qəbulda yalnız Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.
 
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlər nəzərdən keçiriləcək.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 19-da saat 09.00-da Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 81) başlayacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA