27-06-2015 [17:28]
Azərbaycanda ən bahalı layihələrdən biri olan Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlükləri sökülür. Bunu dünən həmin yolla hərəkətdə olmuş Modern.az saytının əməkdaşları müşahidə ediblər.
Tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə545 milyon 287 min 800 manatxərclənib. Hələ o zaman beton yol çəkiləndə onun dünya standartlarına cavab verəcəyi və uzun müddət istismarda olacağı vurğulanırdı...
Maraqlıdır, böyük maddi vəsait xərclənərək reallaşdırılan yol hansı səbəbdən belə tez sıradan çıxıb?
"Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin katiblik rəisi Anar NəcəfliModern.az saytına açıqlamasında bildirib ki, Nəqliyyat Nazirliyi və "Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər davam etdirilir: "Bu çərçivədə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı şəhəri istiqamətinə doğru olan hissəsində təmir-bərpa işlərinə başlanılıb. Təmir-bərpa işlərinə magistral yolun 74-cü kilometrliyindən start verilib.
Aparılan işlər şəxsən nəqliyyat naziri Ziya Məmmədovun və "Azəryolservis” ASC-nin rəhbərliyinin nəzarəti altındadır”.
Maraqlıdır ki, Anar Nəcəfli Quba-Bakı beton yolunun dağılma səbəbini iritonnajlı yük avtomobilləri ilə əlaqələndirib:
"Təmir işləri yolun normadan artıq yüklənmiş və deformasiyaya uğramış 10 km-lik hissəsində aparılır. Normadan artıq yüklənən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayan yolun hərəkət hissəsinin, daha doğrusu, yolun sağ hərəkət zolağı bərpa olunur. Bu üzdən həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. İşlər tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Yaranmış müvəqqəti narahatlığa görə Nəqliyyat Nazirliyi və "Azəryolservis” ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir”.
Ekspert Ərşad Hüseynovsaytımıza açıqlamasında böyük vəsait xərclənərək tikilən yolun belə tez sıradan çıxmasını həyata keçirilən keyfiyyətsiz işlə əlaqələndirib:
"Reallıq budur ki, həmin yol artıq dağılıb, həqiqətən də müəyyən hissələrində hərəkət etmək çox təhlükəlidir. Bu baxımdan təmir-bərpa işləri mütləqdir”.
Mütəxəssisin fikrincə, yolun tikintisinə başlamazdan öncə hər şey planlaşdırılmalıdır:
"Tikinti bu gün yox, gələcək nəzərə alınmaqla tikilməli idi. Bundan başqa, Bakı-Rusiya sərhəd yolunun strateji əhəmiyyəti düşünülməli idi. Bu, beynəlxalq əhəmiyyətli yoldur, Avropa avtomagistralları siyahısına salınıb. Ona görə də yüksək keyfiyyətlə tikilməli idi”.
Ərşad Hüseynovun sözlərinə görə, "Ağır tonnajlı avtomobillər yolu sıradan çıxarıb” iddiası bəhanədən başqa bir şey deyil: "Görünən odur ki, yol başdansovdu tikilib. Bunun üçün xüsusi araşdırmalara da ehtiyac yoxdur. Amma araşdırma aparılsa, biabırçılıq meydana çıxar.
Bunu sözlə ifadə etmək çətindir. Bir neçə il əvvəl həmin yolun tikintisinə külli miqdarda vəsait xərcləndi. Hesab edirəm ki, məsələdə cavabdeh şəxsləri, vəsaitlərin xərcləndiyi yerləri müəyyənləşdirmək, mühakimə etmək, dəmir barmaqlıqlar arasına göndərmək lazımdır ki, digərlərinə də dərs olsun”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi