26-06-2015 [15:11]
"Hesab edirik ki, heç bir ölkə hakim qismində çıxış edərək ayrı-ayrı dövlətlərdə bu və ya digər məsələləri öz maraqlarına uyğun şərh və təqdim etmək hüququna malik deyildir. Bu baxımdan ABŞ Dövlət Departamentinin məlum hesabatını ciddi qəbul etməmək və orada əks olunmuş mülahizələrə münasibət bildirməmək də olardı. Lakin bu tipli açıqlamalar media tərəfindən yayıldığına və dünyada neqativ rəyin formalaşmasına səbəb olduğuna görə, Azərbaycanın da mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması zəruridir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2014-cü ildə dünya ölkələrində insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatı ilə bağlı jurnalistlərə müsahibəsində bildirib:
"Bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə qeyri-hökumət təşkilatı və kütləvi informasiya vasitəsi tam sərbəst fəaliyyət göstərir. İnsanların sərbəst toplaşmaq, öz fikirlərini müstəqil şəkildə ifadə etmək hüququna heç bir maneə törədilmir. Azərbaycanın iqtisadi və maliyyə potensialının güclənməsi, dinamik inkişafı həm də vətəndaş cəmiyyəti institutlarına hərtərəfli dövlət dəstəyinin həyata keçirilməsi üçün geniş imkanlar yaradıb. Bütün bunları nəzərə alaraq, ABŞ Dövlət Departamentinin məlum hesabatında Azərbaycanla bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını bildiririk. Hesabatda ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir”.
Ə.Həsənov qeyd edib ki, hesabatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə səthi şəkildə toxunulub:
"Əgər ABŞ həqiqətən də dünya ölkələrində demokratiyanın, insan hüquq və azadlıqlarının vəziyyətini şərh etmək niyyətindədirsə, obyektiv görünmək üçün ilk növbədə beynəlxalq hüquqa hörmətlə yanaşmalı və təcavüzkar Ermənistandan BMT qətnamələrinin icrasını tələb etməlidir. Bundan başqa, insan haqlarının vəziyyətinin dəyərləndirilməsi ilə bağlı bütün dünya ölkələrinə, o cümlədən ABŞ-ın özündə yaşanan proseslərə də vahid standart müəyyənləşdirilsin və qiymət verilsin. Hər halda, Ferqyuson və Baltimorda baş verən hadisələr insan hüquqlarının durumunun ABŞ-da da yaxşı olmadığını göstərdi.
Həmçinin, ABŞ başda olmaqla bəzi Qərb dairələrinin siyasəti nəticəsində Şərqdə, müsəlman dünyasında hökm sürən acınacaqlı vəziyyətin günahkarlarının və məsuliyyətinin araşdırılması, fikrimizcə, Azərbaycandakı demokratiyanın mikroskop altında təhqiqindən daha aktual görünür.
Bütün bu məsələlərə aydınlıq gətirilməmiş ABŞ-ın demokratiya və insan haqlarının durumuna görə hər hansı ölkəni ittiham hədəfinə çevirməsi özünüifşadan başqa bir şey deyildir və dünyada ABŞ-a olan-qalan inamın tam itməsinə xidmət edir”.
Trend
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi