Leyla Əliyeva və əkizləri yeni qəfəsin açılışında - FOTOLAR

img

26-06-2015 [11:00]


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooloji Parkında saxlanılan pələng üçün quraşdırılmış yeni qəfəsin açılışında iştirak edib.

Övladları ilə birlikdə Bakı Zooloji Parkına gələn Leyla Əliyeva burada saxlanılan heyvanların saxlanma şəraiti ilə tanış olub.

Qəfəs Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə pələngin yaşayış şəraitini yaxşılaşdırmaq üçün quraşdırılıb.

Qeyd edək ki, Leyla Əliyeva zooparkda pələngin qeyri-qənaətbəxş şəraitdə saxlanması və bununla əlaqədar tədbir görülməsi xahişi ilə bağlı Bakı sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bu nadir heyvan növü üçün müasir tələblərə cavab verən yeni qəfəsin quraşdırılması təşəbbüsü ilə çıxış etmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA