Abbas Abbasovun qardaşı saxlandı - 10 milyonluq qalmaqal

img

26-06-2015 [11:18]


Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs edilib. 

Bu barədə Gəncədəki Abbasovlara yaxın mənbə "Təzadlar”a məlumat verib.

Xatırladaq ki, Nadir Abbasov Gəncənin keçmiş polis rəisi olub, istefada olan polkovnikdir. Onun bir müddət əvvəl Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. İddiaya görə, bir neçə gün əvvəl onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar. Ondan krediti dərhal qaytarması tələb olunub və hələ də bu idarədə saxlanılır.


Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından hər hansı məlumat ala bilmədik. Gəncədəki mənbələr isə "Yeni Müsavat”a xəbəri təsdiqləyiblər. "Abbasovlar qonşularla təmaslardan qaçırlar, hər hansı açıqlama vermirlər. Lakin eşitdiyimizə görə, Nadir Abbasovun banka 10 milyon dollar borcu olduğundan həbs edilib və hələ də nəzarətdədir” - deyə, adının çəkilməsini istəməyən mənbə bildirib.




Onu da qeyd edək ki, bununla bağlı "Yeni Müsavat” A.Abbasovla danışmaq istəyyib. Ancaq Aydın Abbasov qəzetə açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib etdi. Bildirdi ki, Strasburqdan yenicə qayıdıb, odur ki, yazılanlardan xəbərsizdir. A.Abbasov məsələləri araşdırandan sonra ətraflı açıqlama verəcəyini desə də, sonrakı cəhdlərimizdə telefon zənglərimizə cavab vermədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA