Şənbə günü keçirilməsi nəzərdə tutulan BMX yarışı cümə gününə keçirilib -ELAN

img

26-06-2015 [01:08]


  

Bakı 2015 Avropa Oyunları çərçivəsində şənbə günü BMX Veloparkında keçirilməsi nəzərdə tutulan BMX velosiped yarışının tarixi, yüksək sürətli küləyin olması haqqında hava proqnozuna görə cümə günü, 26 iyun tarixinə keçirilib.

Şənbə günü keçiriləcək BMX velosiped yarışına bilet əldə edən azakeşlər, həmin biletləri cümə günü keçiriləcək yarışda iştirak etmək üçün istifadə edə biləcəklər.  

Azarkeşlər eyni zamanda şənbə günü keçiriləcək yarış üçün aldıqları biletləri aşağıdakı ünvanlarda qaytararaq, ödənişlərini geri ala bilərlər:
 
"28 Mall"-da yerləşən bilet kassalarında  (Bakı, Azadlıq prospekti ilə Füzuli küçəsinin kəsişməsində (28 May metro stansiyasının yaxınlığında)) Əməliyyat müddəti: 28 iyun 2015-ci il tarixinə qədər 

"Park Bulvar"-da yerləşən bilet kassalarında (Neftçilər prospekti, Dənizkənarı bulvar. (Sahil metro stansiyasının yaxınlığında)) , Əməliyyat müddəti: 28 iyun 2015-ci il tarixinə qədər
Tofiq Bəhrəmov adına Respublika Stadionunda yerləşən bilet kassalarında (Bakı, Fətəli xan Xoyski küçəsi 98a (Gənclik metrosunun yaxınlığında)) Əməliyyat müddəti: 10 iyul 2015-ci il tarixinə qədər 

Yarış cədvəlində yerdəyişmə cümə günü, 26 iyun tarixində keçiriləcək yarışların saatının uzadılmasına səbəb olub. Yarışın yeni tarixləri: 1-ci yarış (14:30 - 15:55) - Kişilər arasında zamana qarşı yarışlar, Qadınlar arasında zamana qarşı yarışlar, Final görüşləri, 2-ci yarış (17:00 - 18:20) - Motokros yarışlarının seçmə və final mərhələləri

Cümə günü idman yarışlarının cədvəlində edilən dəyişikliklərə görə ekspress avtobusların yarışın keçirildiyi məkana və geri istiqamətdə həkərət rejimində də uzadılmalar edilmişdir. 

Yarımfinal və final görüşləri 28 iyun tarixində saat 15:00-dan etibarən keçiriləcəyinə görə şənbə günü hər hansı bir məşq və ya yarış olmayacaq.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA