Həlak olan hərbçimiz tanınmış şərhçinin yaxın qohumu çıxdı: "İki körpəsi yetim qaldı"

img

25-06-2015 [17:54]


Minaya düşərək həlak olan hərbçilərdən biri Musa Sabir oğlu Musayev tanınmış idman şərhçisi Pərviz Musayevin yaxın qohumudur.

Bu barədə Pərviz Musayevin özü Facebook səhifəsində qeyd edib.

O, öz səhifəsində yazıb ki, Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Musa Musayev əmisinin nəvəsidir:

"Təəssüf... Əmim nəvəsinin və digər hərbçimizin minalanmış sahədə meyiti tapılıb. İki körpəsi yetim qaldı. Allah rəhmət eləsin".

Hərbçilərimiz iyunun 23-də itkin düşüblər. Hərbçilər itkin düşən zaman onların düşmən tərəfinə keçməsilə bağlı bəzi fərziyələr vardı. Pərviz Musayev həmin fərziyələrə də, münasibət bildirərək, qeyd edib ki, əsgərlərimizin belə iş tutacağı mümkün deyil: "Könüllü şəkildə ermənilərə əsir düşmə ehtimalı sıfra bərabərdir. Adamın ailəsi, 2 körpə uşağı var. Özünü də yaxşı tanıyıram".

Xatırladaq ki, kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA