Nazir Əbülfəs Qarayev əmr verdi, dəyişiklik oldu - TƏYİNAT

img

25-06-2015 [15:04]


Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı daxil edilib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Nazirlər Kabinetinin digər qərarı ilə Xidmətin rəisi Zakir Sultanov Mədəniyyət və Turizm Nazirliyinin Kollegiya üzvü təsdiqlənib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 18 dekabr 2014-cü il tarixli fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi olmuş Zakir Sultanov mədəniyyət və turizm nazirinin əmri ilə 19 dekabr 2014-cü ildə yeni yaradılan Xidmətin rəisi təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA