​Azərbaycan Prezidenti Hərbi Dəniz Qüvvələri bazasının açılışında

img

25-06-2015 [12:46]


Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib. 

Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib. Sonra dövlət başçısı şəxsi heyətlə görüşüb. Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlət başçısına raport verib. Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söyləyib. Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA