Prokuror və polkovniklər general oldu - Prezident sərəncamı

img

24-06-2015 [21:12]


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, ölkə başçısının sərəncamı ilə aşağıdakı hərbi qulluqçulara general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Axundzadə Yusif Yevgeniyeviç

polkovnik Eyyubov Teymur Tərlan oğlu

polkovnik Əliyev İkram Zülfü oğlu

polkovnik Hüseynov Zahid İbrahim oğlu

polkovnik Orucov Elman İzzət oğlu

Dövlət başçısının digər sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru Yaşar Əli oğlu Həsənova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA