Ramil Usubov seçim edəcək - Polis olmaq istəyənlər, tələssin!

img

24-06-2015 [17:08]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov vətəndaşlarla görüş keçirəcək. 

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş iyul ayının 11-də Quba rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq. 

Həmin günü  Ramil Usubov Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri qəbul edəcək. 

Qəbul başa çatdıqdan sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən şəxslərin sıra baxışı keçiriləcək. Sıra baxışında, yalnız yuxarıda göstərilən şəhər və rayonların aşağıdakı şərtlərə cavab verən sakinləri iştirak edə bilərlər: 

 - müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), əvvəlllər məhkum edilməmiş, tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları. 

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

 Müsabiqəyə elan olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki gərginlik, həyəcan və həssaslıqla bağlı olmasının, eləcə də xidmətin növbəli, bir çox hallarda gücləndirilmiş iş variantlarında post-patrul nizami hissələrində aparılacağının nəzərə alınması xahiş olunur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA