Aydın Əliyev şikayətçiləri dinlədi, tapşırıqlar verdi - FOTO

img

24-06-2015 [16:32]


Bu gün Dövlət Gömrük Komitə­sinin (DGK) sədri, gömrük xidməti gene­ral-leytenantı Aydın Əliyev Qazax şəhərin­dəki Şahmat Mərkəzində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.

Strateq.az Komitəyə istinadən xəbər verir ki, qəbula gələn vətəndaşların müraciətlə­ri­nin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qay­daları ilə bağlı olub.

Qəbul zamanı DGK-nın sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uy­ğun həlli barədə müvafiq strukturların rəh­bərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıq­ları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid ol­mayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qey­diyyata alınıb və nəzarətə götürülüb.

aydin_eliyev-44.jpg


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA