Nazirlik işsizlərə çağırış etdi - 185 boş iş yeri var

img

24-06-2015 [16:29]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının təşkili işləri davam etdirilir.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti növbəti əmək yarmarkasını iyunun 25-də Neftçala rayonunda  keçirəcək.

Neftçala rayon Mədəniyyət Mərkəzində təşkil olunacaq yarmarkada 16-sı dövlət, qalanları özəl sektora məxsus 39 müəssisə üzrə 185 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək. Həmin müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyən şəxslər qeydiyyata alınacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA