Azərbaycanda təhsil haqları artırılacaq - Universitetlər qərar gözləyir

img

24-06-2015 [11:28]


21 fevral manatın devalvasiyası hadisəsindən sonra bir sıra sahələrdə qiymət artımı müşahidə olunur.

Bu kontekstdə ali məktəblərdə təhsil haqlarının artıb artmayacağı məsələsi də gündəmə gəlib. Modern.az saytının ali məktəblər arasında keçirdiyi sorğunun nəticəsi olaraq bəlli olub ki, universitetlərdə bəzi ixtisaslar üzrə qiymət artımı gözləniləndir. Məsələn, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında təhsil haqlarının artırılması nəzərdə tutulur. Bir sıra ali məktəblər isə Təhsil Nazirliyindən gələcək qərarı gözləyir.

Məsələ ilə bağlı "Qafqazinfo” Təhsil Nazirliyinə bu ilki tədris ilində ali məktəblərdə qiymət artımın olub olmayacağına dair sorğu göndərib. Cavabda bildirilir ki, ayrı-ayrı ixtisaslar üzrə təhsil haqqının müəyyənləşdirilməsi ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Bu zaman onlar mütəxəssis hazırlığına çəkilən xərcləri və cəmiyyətdə ixtisasa tələbatı əsas götürürlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA