İqtisad Universitetində konfrans - Rektora problemlərdən danışılıb

img

23-06-2015 [18:50]


Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "İxtisas və yay istehsalat təcrübələrinin təşkili və təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib.

ADİU-nun rektoru, professor Ədalət Muradov ixtisas və yay istehsalat təcrübələrinin təşkilində görülməsi zəruri olan tədbirlər barədə söz açıb.

Təcrübə və işədüzəltmə şöbəsinin müdiri Fuad Əliyev istehsalat təcrübələrinin təşkili ilə bağlı məruzə ilə çıxış edərək, bu sahədə qarşıya çıxan problemlər haqqında danışıb. Bildirib ki, əsasən təcrübə müddətində sığorta və müqavilələrin imzalanması, təhlükəsizliyinin təmin edilməsi kimi problemlərlə qarşılaşırlar. Xüsusi ilə maliyyə, bank və müxtəlif dövlət təşkilatlarında təcrübə keçən tələbələrin sənədlərlə və proqramlarla tanış olunmasında məhdudiyyətlərin və qadağaların qoyulması diqqətə çatdırılıb.

Müzakirələrdən sonra konfrans iştirakçıları mövcud problemlərin həlli üçün dünya təcrübəsini nəzərə alaraq Əmək qanunvericiliyinin bəzi maddələrinə əlavələrin edilməsi və təkmilləşdirilməsi istiqamətində müvafiq dövlət strukturları qarşısında məsələ qaldırılması məqsədi ilə təkliflər irəli sürüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA