23-06-2015 [17:41]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla iyunun 22-də Kürdəmirdə "Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirib.
Kürdəmirdəki 3 saylı məktəbdə baş tutmuş seminarda ümumilikdə 25 nəfər iştirak edib.
Açılışda çıxış edən məktəbin direktoru Bayram Cəfərov qonaqları salamlayaraq seminarın bölgə müəllimləri üçün faydalı olacağını vurğulayıb.
Daha sonra Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli də çıxış edərək CASCFEN təmsilçilərinə, həmçinin seminar iştirakçılarına öz xoş arzularını çatdırıb. O, qeyd edib ki, Azərbaycan dövləti hər sahədə olduğu kimi müəllimlərin təcrübə və bacarıqlarının artırılması üçün də şərait yaradır. "Təbii ki, rayon icra hakimiyyəti də bu yöndə təşəbbüsləri hər zaman dəstəkləyir”, – deyə o, bildirib.

Seminardan görüntülər
Yaradılan şəraitə və dəstəyə görə Azərbaycan dövlətinə, həmçinin Kürdəmir icra hakimiyyətinə və 3 saylı məktəbə təşəkkürünü bildirən CASCFEN sədri Azər Həsrət deyib ki, yeni təşəbbüslərə verdiyi dəstəyə görə, məktəbin direktoru Bayram Cəfərov və layihənin rayondakı koordinatoru, eyni məktəbin coğrafiya müəllimi Xəyalə Veyisova qurumun diplomuyla təltif edilir.
Açılışdan sonra seminar öz işinə başlayıb.
Azər Həsrət iştirakçılara ifadə azadlığına təminat verən qanunlar haqqında danışaraq qeyd edib ki, Azərbaycan dövləti həm beynəlxalq normalar, həm də milli qanunlar çərçivəsində hər cür azadlıqlara şərait yaradıb.
"Azadlıqların olması yaxşıdır. Amma bu heç də o demək deyil ki, biz məsuliyyətimizi unutmalıyıq. Qanunlarımız azadlıqlara verdiyi təminatla bərabər onlardan sui-istifadə hallarına görə cəzalar da nəzərdə tutur. Amma Azərbaycan dövləti humanizm prinsiplərinə söykənərək vətəndaş özünüidarəsinə, insanlarımızın daha anlayışlı olmasına inandığından sərt tədbirlərə əl atmır. Ona görə də biz daha məsuliyyətli davranmalıyıq”, – deyə o, bildirib.
Seminarın eksperti, CASCFEN Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgərova netiketin 10 qızıl qaydası haqqında danışaraq iştirakçıların həm də başqalarını bilgiləndirməsinin vacibliyini vurğulayıb. O, müəllimlərlə sual-cavab şəklində müzakirə təşkil edib.
Seminarın təşkilini iştirakçılardan 23-ü "əla”, 2-si "yaxşı” qiymətləndirib.
Tədbirin sonunda iştirakçılara CASCFEN-in sertifikatları verilib, xatirə şəkli çəkdirilib.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi