"Qardaşım məcburi gətirilə bilməz!" - Deputat Ramil Usubovla görüşündən danışdı

img

23-06-2015 [16:22]


Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin və digərlərinin cinayət işinin məhkəməyə çıxarılmasından danışıb.

S.Rüstəmxanlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı nazirlə görüşüb: "Əlövsət özü rəsmi müraciət edib. Mən Daxili İşlər Nazirliyində nazir səviyyəsində şifahi söhbət etmişəm, amma rəsmən müraciət etməmişəm. Emin Şəkinskinin özü ilə də danışmamışam”.

Deputat qardaşının məhkəməyə məcburi gətirilməsi variantının mümkün olmadığını deyib: "Əlövsət Almaniyada oturum alıb, buna görə də məhkəməyə məcburi gətirilə bilməz”.

Qeyd edək ki, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş həyat yoldaşı və uşaqlarının ölkədən qanunsuz çıxarmasına kömək etməkdə ittiham olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA