23-06-2015 [15:31]
Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Bakının Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında media nümayəndələri üçün inşa edilən ikinci binanın nə vaxt təhvil veriləcəyini açıqlayıb.
V.Səfərli publika.az-a açıqlamasında deyib ki, sözügedən bina 2016-cı ilin sonunda KİV nümayəndələrinə verilə bilər: "Bu il qeyd ediləcək mətbuatın 140 illik yubileyi ərəfəsində jurnalistlərə mənzillər paylanmayacaq. Çünki hazırda bina hələ tam hazır deyil. Binanın gələn ilin sonunda təhvil verilməsi planlaşdırılır. Yəqin ki, gələn il binanın tam hazır olmasına 1-2 ay qalmış mənzillərlə bağlı müvafiq sənədlərin yığılması elan ediləcək. İnşallah gələn ilin sonuna bu mümkün olacaq”.
V.Səfərli həmçinin qeyd edib ki, Milli Mətbuatımızın 140 illiyi ilə bağlı tədbirlər planı artıq Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən təsdiq olunub: "Ayın 1-dən etibarən tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər Planına uyğun olaraq iyunun 29-da Bakı Dövlət Universitetində "Azərbaycanın Milli Mətbuatı 140: "Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-konfrans keçiriləcək.
Bundan əlavə, iyulun 1-10-u tarixləri arasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans təşkil olunacaq. İyulun 1-dən 22-dək isə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən Milli Mətbuatımızın 140 illiyik yubileyinə həsr olunan silsilə materiallar hazırlanacaq.
Tədbirlər Planına əsasən, iyulun 1-də Zərdab və ətraf rayonlarda, iyulun 4-də Gəncə və ətraf rayonlarda, iyulun 8-də Qəbələ və ətraf rayonlarda, iyulun 13-də Masallı və ətraf rayonlarda, iyulun 16-da Quba və ətraf rayonlarda, iyulun 20-də Naxçıvan Muxtar Respublikasında, həmçinin, iyulun 1-dən 20-dək Bakı şəhərində 22 iyul – Azərbaycanda Milli mətbuat gününün 140 illik yubileyi ilə bağlı silsilə tədbirlər təşkil olunacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi