23-06-2015 [14:54]
Bu gün Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə növbəti görüş keçirilib.
Komitədən verilən məlumata görə, DGK-nın sədri Aydın Əliyev iş adamları ilə ənənəvi görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edərək, bu ənənənin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.
A. Əliyev Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı nəticəsində ölkəmizin regionda və bütün dünyada əhəmiyyətinin önəmli dərəcədə artmasından bəhs edərək bunda da özəl sektorun böyük rol oynadığını vurğulayıb.
Ötən görüşdən keçən müddət ərzində ölkədə baş verən iqtisadi proseslər, idxal ixrac əməliyyatlarının vəziyyəti barədə məlumat verən A. Əliyev görüşün məqsədinin bu sahədə sahibkarların fikirlərini öyrənmək, onları düşündürən məsələləri və yeni təklifləri dəyərləndirmək olduğunu bildirib.
Komitə sədri sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə hər hansı problemin birgə həllində mühüm rol oynadığını qeyd edərək, eyni zamanda, sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.
Sonra görüşdə çıxış edən DGK sədrinin birinci müavini Səfər Mehdiyev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edildiyini, bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da rolunu yüksək dəyərləndirib.
S.Mehdiyev son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən ətraflı bəhs edib, o cümlədən idxal-ixrac əməliyyatları zamanı yarana biləcək hər hansı problemin qısa zaman kəsiyində həll edilməsi, bu istiqamətdə sahibkarlar tərəfindən irəli sürüləcək maraqlı təkliflərin dəyərləndirilərək ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Səfər MEHDİYEV
Görüşdə çıxış edən sahibkarlar ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində öhdələrinə düşən bütün vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər və müəyyən təkliflərlə çıxış ediblər.
Sonra iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
***
Onu da qeyd edək ki, son iki ay ərzində komitə sədrinin müavini, mətbuatda gömrüyün "Boz kardinal"ı kimi təqdim olunan Səfər Mehdiyevlə bağlı müxtəlif xəbərlər dolaşmağa başlayıb. Maraqlıdır ki, onun nazir Kəmaləddin Heydərovun (Gömrük Komitəsinin hələ də onun nəzarətində olduğu sirr deyil - red) rəhbərliyi altında keçirilən toplantıda kəskin danlandığı, hətta səlahiyyətlərinin qeyri-rəsmi alınması haqda da gömrükçülər arasında məlumatlar geniş yayılıb. Bununla bağlı Mia.az-da ciddi mənbələrə istinadən-
"Gömrükdə həbslərə start verildi – Generalların qarşıdurması qızışdı"-( http://www.mia.az/w120218/) başlıqlı yazı da dərc olunub. Bu gün isə Səfər Mehdiyev sədr Aydın Əliyevlə qəbulda çıxış etməklə,həm cəmiyyətə, həm də onu devirmək istəyən gömrükdəki rəqiblərinə "tərs sillə" vurmuş oldu.
Bu və ya digər məqamlarla bağlı Mia.az-in geniş araşdırmasını yaxın günlərdə təqdim edəcəyik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi