23-06-2015 [13:33]
Kürdəmir rayon Su-Kanal İdarəsinin rəisi Tariyel Kərimov intihara cəhd edib. O, ötən həftənin şənbə günü iş yerində sirkə turşusu içdikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Bu barədə AzPolitika.info-ya Kürdəmirdəki mənbələrdən məlumat daxil olub.
Bildirilir ki, T.Kərimovun vəziyyəti ağır olduğundan onu Bakıya gətiriblər.
İdarə rəisinin intihara cəhdinin bəzi təfərrüatları da məlum olub. Məlumatlı mənbənin dediyinə görə, T.Kərimov rayonun icra başçısı Ceyhun Cəfərovla mübahisə etdikdən sonra intihara cəhd edib. Məlumata görə, icra başçısı T.Kərimovun qarşısında müəyyən tələblər qoyub, onları yerinə yetirməyəcəyi halda işdən çıxaracağı haqda xəbərdarlıq edib. Bu xəbərdarlığı aldıqdan sonra psixoloji gərginlik keçirən idarə müdiri, elə iş yerində intihara cəhd edib.
Kürdəmirdə bu səpgili hadisə isə, son 1 ildə artıq ikinci dəfədir ki, baş verir. Ötən ilin dekabrın 15-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədov icra başçısı Ceyhun Cəfərovla növbəti təmasdan sonra ürəyindən şikayətlənmiş, ətrafındakılara icra başçısının onu infarkt həddinə gətirdiyini söyləmişdi. Evə getdikdən sonra dünyasını dəyişmiş Gülbala Əsədovun ürək tutmasından vəfat etdiyi məlum olmuşdu.
Ümumiyyətlə, verilən məlumata görə, Kürdəmirdə icra başçısı-məmur münasibətlərində ciddi gərginlik var. Yerli məmurlar C.Cəfərovun qanunsuz tələblərindən cana doyublar. Məktəb direktorları, idarə müdirləri, hətta xəstəxana rəhbərləri müxtəlif qanunsuz "öhdəliklər” qarşısında çətin vəziyyətə düşüblər.
Məsələn, belə qanunsuz tələblərə etiraz edən Kürdəmir Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Feyzullayev ərizə yazıb işdən çıxıb.
Əməkdaşımızın intihara cəhd edən rəisin yaxınları ilə danışmaq cəhdləri baş tutmayıb.
***
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Su-Kanal İdarəsinin rəisi Tariyel Kərimovun intihar etməsi ilə bağlı AzPolitika.info-nun məlumatına münasibət bildirib.
"Kürdəmir rayon Su-Kanal İdarəsinin rəisi Tariyel Kərimovun intihara cəhd etməsi və bu məsələdə guya rayon rəhbərliyinin günahının olması barədə yazılanlar doğru deyil. İdarə rəisinin qanı da, sidiyi də təmizdir. İntihar edən adan danışa bilər? Onun şəxsi problemləri olub. Camaatdan pul alıb qaytarmayıb. İndi də vaxtı uzatmağa çalışır” – deyə Ceyhun Cəfərov Teleqraf.com saytına açıqlamasında bildirib.
C.Cəfərov Kürdəmirdə aparılan işlərlə bağlı heç bir idarə müdiri, məktəb direktorunun incidilmədiyini deyib: "Həmin yazıları oxumuşam, həqiqətdən uzaqdır”.
İcra başçısı tabeliyindəki məmurlarla münasibətlərinin gərgin olması barədə yazılanlara da münasibət bildirib: "Heç bir gərginlik yoxdur. İş görən adamdan razı qalanlar da olur, olmayanlar da. Hamı istəyər ki, otursun kabinetində isti çay içə-içə işini görsün. Dünən Kürdəmirdə 46 dərəcə isti var idi. Belə havada açıq yerdə işləmək çətindir. Amma neyləyək, biz bura işləməyə gəlmişik, dincəlməyə yox.”
C.Cəfərov Kürdəmir Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Feyzullayevin ərizə yazaraq işdən çıxmasından da danışıb: "O, iki il idi ki, rayonda çalışırdı. Ailəsi Bakıda yaşayırdı. Ona görə də, burada qalmaq ona sərf etmədi. Nizami Feyzullayevin işdən çıxmasında mənim heç bir rolum olmayıb. Özündən də soruşa bilərsiz”.
İcra başçısının bu açıqlamasında hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu bir neçə diqqətçəkən məqam var.
Əvvəla C.Cəfərov Tariyel Kərimovun intihar cəhdini təsdiqləyir. Lakin bu cəhdin qurama olduğunu, idarə rəisinin "camaata” borclu olduğuna görə belə etdiyini deyir. Kimdir bu "camaat”? İdarə müdiri kimlərə və niyə borclu düşüb? Məntiqlə camaat su idarəsinə borclu olmalı olduğu halda, necə olub ki, su idarəsinin rəisi "camaata” borclu düşüb və indi də intihara cəhd edir və ya belə bir görüntü yaradır?
İkincisi, bizdə olan məlumata görə Tariyel Kərimov hazırda Bakıda – Respublika Toksikologiya Mərkəzində həkim nəzarəti altındadır. Başçının dediyi kimi, sidiyi və qanı təmiz çıxan bir adamı bu Mərkəzdə niyə saxlayırlar?
Ən əsası, icra başçısının Tariyel Kərimovdan 50 min manat pul tələb etdiyi haqda məlumat doğrudurmu? Hüquq-mühafizə orqanları bu məsələni araşdırsalar, idarə rəisinin müəmmalı intihar cəhdinin pərdəarxasına asanlıqla aydınlıq gətirmiş olarlar.
Qeyd edək ki, əməkdaşımız Tariyel Kərimovun telefon nömrəsini əldə etsə də, bağlı olduğundan onunla danışa bilməyib. İdarə rəisinin yaxınları isə danışmaq istəməyiblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi