Bakı-2015-in bağlanış mərasimi tamam fərqli olacaq - Rəsmi

img

23-06-2015 [11:31]


Bakıda keçirilən Birinci Avropa Oyunlarının bağlanış Mərasimi Açılışdan fərqli olacaq. 

Bunu Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün keçirilən ənənəvi mətbuat konfransında deyib: 

"Ənənəvi olaraq bağlanış mərasimi açılışdan fərqli olacaq. Burada idmançılar təntənəli surətdə bağlanışı həyata keçirəcəklər. Bu tədbir, müəyyən qədər karnavala da bənzəyəcək. Amma mərasim haqqında məlumatlar məxfi saxlanıldığından mən daha ətraflı heç nə deyə bilmərəm".

Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimi iyun ayının 12-də olub. Bağlanış isə iyunun 28-də keçiriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA