İrandan Azərbaycana quş ətinin gətirilməsinə qadağa - Sərəncam

img

22-06-2015 [16:41]


"İran ərazisində toyuqlar arasında yüksək patogenli "quş qripi”nin yayılması ilə əlaqədar olaraq, Mazandaran vilayətindən Azərbaycana quş ətinin, quş əti məhsullarının, eləcə də bir günlük cücə və damazlıq yumurtanın gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub”.
Bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Y. Xanvəli bildirib ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova sərəncam imzalayıb. Aidiyyəti qurumlara xəstəliyin ölkəmizə keçirilməsinin qarşısı alınması üçün tapşırıqlar verilib: "Eləcə də iş adamlarına, ayrı-ayrı dövlət qurumlarına bu barədə məlumatlar verilib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA