Marneulidə güclü qasırğa: dolu düşdü, xeyli zərər var - FOTOLAR

img

21-06-2015 [12:43]


İyunun 20-də axşam saatlarında Gürcüstanın Marneuli rayonuna güclü leysan yağışlarının müşayiəti ilə dolu düşüb. 

APA-nın məlumatına görə, bir saat çəkən leysandan sonra yağan dolu və güclü qasırğa fəsadlar törədib.
 
APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, Marneulininin avtomobil yollarında ağaclar qırılıb, bir neçə yaşayış binasının damlarını külək qopararaq küçəyə atıb, həyətlərdə olan ağacları güclü külək qıraraq evlərin üstünə yıxıb. 

Marneuli rayon İcra Hakimiyyətinin binasının şüşələri sınıb. Əhalinin həyətyanı sahələrində olan meyvə ağaclarını dolu vurub. Marneulidə 6 saat işıq olmayıb, internet şəbəkəsi kəsilib. Qasırğa nəticəsində xəsarət alan olmayıb.
 
Hazırda dolu və güclü küləyin fəsadları aradan qaldırılır. Marneuli rayon İcra Hakimiyyəti dəyən ziyanı hesablamaq üçün komissiya yaradıb.









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA