Azərbaycanın qazandığı medalların sayı 33-ə çatdı - siyahı

img

21-06-2015 [00:09]


"Bakı 2015” I Avropa Oyunlarında doqquzuncu yarış günü medallar sahiblərini tapıb.

İyunun 20-i Azərbaycanın qazandığı medalların sayı 33-ə çatıb.

Bu gün də reytinq cədvəlinin lideri dəyişməyib. Rusiya medallarının sayına görə birincidir: 29 qızıl, 17 gümüş, 13 bürünc (59).

Azərbaycan da mövqeyini qoruyub. Ölkəmiz ikinci yeri əldən verməyib (14 qızıl, 6 gümüş, 13 bürünc). Azərbaycan təmsilçisi olan gimnast Oleq Stepko bu gün aktivinə daha 3 medal yazdırıb. O, ümumilikdə Avropa Oyunlarda 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc) qazanaraq yarışlarda hələlik ən çox medal qazanan atlet adını qazanıb və rekorda imza atıb.

Son üç gündə üçüncü yeri əldən verməyən Macarıstan isə 3 pillə geriləyib. Onun yerini Almaniya tutub (8 qızıl, 9 gümüş, 9 bürünc).

Türkiyə isə bir pillə də geriləyib, 8-ci yerdə qərarlaşıb (5 qızıl, 3 gümüş, 15 bürünc).

Medalların sayına görə, ölkələrin onluq siyahısını təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA