Mehriban Əliyeva gimnastların mükafatlandırılma mərasimində

img

20-06-2015 [23:50]


Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyeva idman gimnastikasında kişilər arasında gimnastika atı üzərində hərəkətlərin yarışmasında qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.

Modern.az-ın məlumatına görə, birinci yeri Sloveniya idmançısı Saso Bertonseli qazanıb. İkinci yeri isə Azərbaycan təmsilcisi Oleq Stepko qazanaraq ölkəmizə daha bir gümüş medal gətirib.

Üçüncü yerdə isə Böyük Britaniya idmançısı Bevan Brinn qərarlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA