“Autizm-Fərqli dünyam-Biz də varıq!”adlı sərgi keçirilib

img

20-06-2015 [15:32]


31 may 2015-ci il saat 08.00-dan etibarən autizm sindromlu yaradıcılıq qabiliyyəti olan uşaqların rəsm əsərləri və əl işlərindən ibarət "Autizm-Fərqli dünyam-Biz də varıq!”adlı sərgi keçirilmişdir.
Azərbaycan Respublikası "Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Autizm sindromlu uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və kompüter təlimi”adlı layihəni icra edir.
Layihə çərçivəsində "ROOM BAKU”nun təşkilatı dəstəyi ilə yaradıcılıq qabiliyyətli olan autizm sindromlu uşaqların rəsm əsərləri və əl işlərindən ibarət "Autizm-Fərqli dünyam-Biz də varıq!”adlı sərgi təşkil edilmişdir. "Autizm-Fərqli dünyam-Biz də varıq!” mövzusundakı sərgi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmişdir. Sərginin nümayişi 31 may 2015-ci il saat 08.00-dan etibarən "ROOM BAKU” təşkilatının sərgi salonunda nwmayiş etdirilir. Sərgi Bakıda keçiriləcək birinci Avropa Oyunları zamanı ölkəmizdə xarici qonaqlar tərəfindən də ziyarət edilir. Xarici qonaqlar autizmli uşaqların əl işlərinə çox yüksək qiymət vermişlər və həmin rəsm əsərləri və əl işlərindən öz ölkələrinə aparmaq üçün almışlar.
Tədbirdə dövlət orqanlarının,QHT və Beynəlxalq təşkilatların nümayəndələri o cümlədən ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirlərin xanımlarını təmsil edən "HOMS”Səfir xanımları Cəmiyyətinin nümayəndələri , başda Fələstin Səfirinin xanımı Ayu xanım olmaqla ,valideynlər ,KİV nümayəndələri və digər qonaqlar iştirak etmişlər.
Qeyd edək ki, satılan rəsm əsərləri və əl işlərindən əldə edilən vəsait autizmli uşaqların reabilitasiyasına sərf olunacaq.
Təşkilat haqqında:
"Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi ” İctimai Birliyi (ADPYM) 2008-ci ildə yaranmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 16 fevral 2011-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdır. ADPYMİB Azərbaycan Respublikası Milli Qeyri Hökümət Təşkilatları Formunun, Əlil Təşkilatları İttifaqının, Uşaq hüquqları üzrə QHT Alyansının və Beynəlxalq Autizm Cəmiyyətinin üzvüdür.
Daha ətraflı: www.autizm.az, www.udpo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA