20-06-2015 [15:04]
1982-ci ilin iyulun 16-sı Ağdam rayonunun Qiyaslı kəndində anadan olan, hazırda ARDNŞ-də çalışan Abdullayev Sadiq Mürşüd oğlu Azinforum.az-a şikayət edib.
Redaksiyamıza təşrif buyuran şikayətçı YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyevin oğlunun törətdiy qəzadan sonra, ona dəyən maddi ziyanın ödənilməmədiyini bildirir. Şikayətçinin sözlərinə görə, İskəndər Quliyev tutduğu ictimai mövqeyindən sui-istifadə edərək, oğlunun törətdiyi əməli ört-basdır etmək istəyir.
Abdullayev Sadiq bidirir ki, 2015-ci ilin yanvar ayının 23-ü o, anası ilə birlikdə Tərtər rayonuna yasa gedib:
"Quzanlıdan keçəndə yaxın dostlarımla görüşdüm. Onlara söz verdim ki, anamı xalamgilə yerləşdirdikdən sonra qayıdacam. Çünki mənimlə çox yaxın olan həmin dostları az-az gördüyümdən, onlarla oturub bir tikə çörək kəsmək qərarına gəldim. Yanvarın 25-i Quzanlıda olan dostlarım Samirlə, Bəhruzun yanına gəldim. Həmin vaxt Ağdam rayon YAP-ın sədri İskəndər müəllimin oğlu Tural da ümumi tanış kimi oturub bizimlə çörək yedi. Hamımız içki içdik. Mən maşın idarə etdiyim üçün, az içki qəbul etdim. Sonra qərara gəldik ki, Xındırıstanın yaxınlığında olan "balıqçılıq” deyilən yerə gedək. Mənim və Bəhruzun maşını ilə ora yollandıq. Turalla Samir mənim maşınımda oturdu. Bəhruz isə öz maşınını idarə etdi. Orda da, maşınımda olan viskidən bir az içdik. Çünki içki çox az qalmışdı. Qayıtmağa hazırlaşanda Tural mənə dedi ki, ürəyi "Passat” sürmək istəyir. Mən razı olmadım. Dedim ki, özüm sürəcəm. Mən Bəhruza tərəf gedəndə gördüm ki, Tural mənim maşınımı sürür. Yanımdan keçəndə dedi ki, sən Bəhruzla gələrsən.
Mən çıxılmaz vəziyyətdə qalıb, mindim Bəhruzun maşınına. Aramızda 50-60 metr məsafə vardı. Bir kilometrə yaxın yol getmişdi ki, dongədə maşını aşırdığını gördüm. Maşını saxladıq. Gördüm ki, maşın tüstüləyir. Mən yaxınlaşıb, onları xilas etməyə başladım. Kənardan mənə dedilər ki, qaç, bu dəqiqə maşın partlayacaq, onsuz da onlar ölüb. Çünki maşın çox bərbad vəziyyətə düşmüşdü. Onların hər ikisini mən maşından çıxardım. Turalı çətinliklə maşından çıxara bildim. Bəhruza çığırdım ki, "skorıya” zəng vur. Üzünə su vurandan sonra Tural ayıldı. Baxdım ki, çox narahatdı. Dedim, qorxma! Təcili yardım və polis əməkdaşları gələndə dedim ki, maşın mənə məxsusdu. Çünki şok vəziyyətindəydim. Turalın vəziyyəti ağır olduğu üçün, onu Bakıya göndərdilər.
Mən zəng edib yeznəmə dedim ki, Turalın xəstaxanada yerləşdirilməsinə köməklik göstərsin. Nə lazımdısa edildi. Sonradan mütəmadi olaraq bazarlıq edib onun yanına getmişik. Turalın yanında anası qalırdı. Atası İskəndər müəllim də tez-tez bizi orda görürdü. Maşın barədə heç bir söhbətimiz olmamışdı. Fefralın 2- si yeznəm Səbuhu İsgəndər müəllimlə söhbət edəndə deyib ki, bəs, qəzanı Turalın törətdiyini bilməsi lazımdır. İsgəndər müəllim isə deyib ki, qəzanı Tural yox, Sadiq törədib. Səhəri günü xəstəxanaya gələndə bizi ordan qovdular.
![]()
İsgəndər Quliyev
Mən həmin günü getdim müstəntiqin yanına və hədisənin necə törədilməsilə bağlı izahat verdim və tələb etdim ki, bütün şahidlər də dindirilsin. Polslər bütün əşyaları ekspertizaya göndərdilər. Cavab gəldi ki, avtomobili həqiqətən Quliyev Tural sürüb. Şahidlər də, ifadələrində maşının Tural tərəfindən idarə edildiyini dedilər. Müstəntiq mənə qərarı verdi və məsləhət gördü ki, məhkəməyə müraciət edim. Dəymiş ziyan dolların köhnə kursu ilə 12 min 500 hesablandı. Manata çevriləndə 9 min 600 manat elədi. Turalın atası tutduğu ictimai mövqeyindən istifadə edib mənə dəyən maddi ziyanı ödəmək istəmir. Mən durduğum yerdə, ziyana düşmüşəm. 4 aydır ki, maşınsız zülüm çəkirəm`. Hətta biz dəymiş ziyanın yarısının onun tərəfindən ödənilməsinə də razı olmuşuq. İsgəndər müəllim bununla da razılaşmır.
Mən fürsətdən istifadə edib YAP rəhbərliyinə müraciət edirəm və onlardan xahiş edirəm ki, YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyevə ədalətli olmağı məsləhət görsünlər. Hakim partiya bu ölkəni uzun illərdi ədalətlə idarə edirsə, nədən həmin partiyanı böyük bir rayonda təmsil edən adam bu prinsipə əməl etmir?”
Yazıda adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq.
Tural Quliyevin aşırdığı maşının qəzadan sonrakı vəziyyətini əks etdirən videogörüntü:
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi