20-06-2015 [09:57]
Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov son günlər barəsində mətbuatda səslənən fikirlərə münasibət bildirib.
E.Həsənovun Hafta.az-a müsahibəsini təqdim edirik:
- Birinci Avropa Oyunlarının Bakı şəhərində keçirilməsini necə dəyərləndirirsiniz?
-"Bakı 2015″ Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən bir azərbaycanlı kimi qürur hissi duyuram. Bu tədbirin möhtəşəmliyi, təşkilatçılığı, tərtibatı, təqdimatı, oyunların keçirildiyi məkanların infrastrukturlarının qısa bir müddətdə beynəlxalq standartlara uyğun yaradılması ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurların, daxili sabitliyin, qədim tarixinin, zəngin mədəniyyətinin, incəsənətinin, idmanın inkişafının təzahürüdür. Bütün bunlar Azərbaycan xalqının kimliyini və müstəqil Azərbaycan dövlətinin qüdrətini şərhsiz dünyaya nümayiş etdirir, tanıtdırır. Bu oyunların ölkəmizdə keçirilməsi milli baxımdan isə Azərbaycan gəncliyinin sağlam ruhda böyüməsinə, formalaşmasına, vətənpərvərliyinin güclənməsinə dövlətimizin əsl qayğısıdır.
-Eldar müəllim, son zamanlar bəzi mətbuat orqanlarında, daha dəqiq desək Eynulla Fətullayev Sizinlə bağlı məqalələr, müxtəlif ittihamlar yazmağa başlayıb. Sizcə adınızın uzun müddətdən sonra yenidən gündəmə gətirilməsi nə ilə bağlıdır? Sizə qarşı ittihamlara necə münasibət bildirərdiniz?
– Bunlar ittiham yox, zaman-zaman olduğu kimi yenə də qərəzlə, dərin kin və küdurətdən yoğrularaq yazılan və yazdırılan, həqiqətə uyğun olmayan uydurmalar və qarayaxmalardan başqa bir şey deyildir.
- Yazdırılan deyərkən nəyi nəzərdə tutursunuz?
– Hər halda məqalənin E.Fətullayevin "əl işi” olmasına inanacaq qədər sadəlövh deyilsiniz?! "Milyarderlər İttifaqı”, Abbas Abbasov, Elşad Abdullayev, Arif Məmmədov……. "hamısının arxasında Eldar Həsənov dayanır” və s. Bu kimi iftiralar. Məqalənin məhz indiki məqamda çıxması bir az düşündürücüdür. Səfir kimi fəaliyyət göstərdiyim ölkələrlə Azərbaycan arasında əlaqələrdə nəzərə çarpacaq bir nailiyyət olduğu zaman dərhal adımla bağlı bir-iki yerli mətbuatda "canlanma” baş verir. Baxmayaraq ki, Serbiya və Monteneqro prezidentləri, Bosniya və Herseqovinanın dövlət başçısı məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevə, ölkəmizə bəslədikləri səmimi və dostluq münasibətlərinə, yüksək ehtirama görə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmişdilər, belə görünür ki, bundan kimsə narahat olub və yəqin ki, bu amil də məqalənin indi ərsəyə gəlməsinə rəvac verib.
Bu cür əsassız, qərəzli və məntiqsiz məqalələr məni qətiyyən narahat etmir. Daxilən rahatam. Çünki, xalqıma, ölkəmə, dövlətimə, dövlətçiliyimizə və dövlət başçısına qarşı sədaqətimi, səmimi və təmənnasız xidmətimi sübut etməyə nə ehtiyac, nə də zərurət duyuram. Bu, kifayət qədər aydın və bəllidir. Bu həqiqət uzun illərdən bəri əməli fəaliyyətimlə həmişə öz təsdiqini tapır. Ümid edirəm ki, məqalədə bir neçə dəfə Azərbaycanın xüsusi xidmət orqanlarına istinad olunduğundan onlar obyektiv həqiqətə söykənən münasibətlərini bildirəcəklər. Hər halda bununla bağlı müvafiq qurumlara artıq müraciət etmişəm.
Çünki, bu, eyni zamanda, qanunvericiliyə görə sözügedən dövlət qurumlarına qarşı ciddi ittihamdır. Hansı xüsusi xidmət orqanın əlində bu səpgili məlumatlar varsa, tədbir görmək əvəzinə müxbirlə bölüşər?! Bunu ictimailəşdirər? Hansı əsasla, nə məqsədlə?! Digər tərəfdən kimə icazə verilib ki, dövlət orqanlarının adından böhtan və şayiələr yazsın və cəzasız qalsın?! Ən azı burdan nəticə çıxarmaq olar ki, bu hansı təxəyyülün məhsuludur. O ki qaldı ünvanıma yazılan böhtanlara, qanuna zidd əməllərə, əgər onların mində biri öz təsdiqini taparsa müstəqil Azərbaycan dövlətinin qanunları qarşısında cavab verməyə hər an, həmişə hazıram. Məsələyə aydınlıq gətirilməsə və yenidən ehtiyac duyularsa öz mövqeyimi hüquqi müstəvidə daha geniş və əsaslı şəkildə bildirərəm.
- Eldar müəllim, bu ittihamları cavablandırmaq istəmirsiniz?
– Böhtana nə cavab vermək olarki?! Sizin sualların cavablandırılmasını belə artıq hesab edirəm. Eynulla Fətullayev və bu marionetin ipini əlində saxlayanlar haqqında da fikirlərimi demişəm. Sadəcə məqalədən sonra müraciətlər və suallar çoxaldığından yığcam münasibət bildirmək istədim. Belə məqamlar üçün gözəl atalar sözümüz var: "Abrımızı satın alıb” bu böhtan və qarayaxmalara təmkinlə yanaşmağa çalışıram. Yəqin ki, bir az yazıb yorulduqdan sonra başqa mövzu axtaracaqlar! Mən isə hələlik sadəcə olaraq "yiyəsinə olan hörmətə görə dəyməzlər” prinsipini əsas götürərək çox mətləblərə toxunmaq istəmirəm.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi