Prezidentdən ağlayan idmançımıza ürək-dirək zəngi - VİDEO

img

20-06-2015 [00:43]


Avropa Oyunlarında iştirak edən idmançılarımızdan biri məğlub olur və medal qazanmaq şansını itirir. Bu isə ona pis təsir edir və elə tatamidə ağlamağa başlayır. Prezident İlham Əliyev bu mənzərəni görür və həmin idmançıya zəng edərək ona ürək-dirək verir. Prezidentlə həmin idmançı arasında baş tutan dialoqun təfərrüatlarını isə süjetimizdən izləyin.

Bu gənc, belçikalı rəqibi Muhammed Ketbi Si ilə bürünc medal uğrunda döyüşərək məğlub olub. Ancaq döyüşdən sonrakı davranışı ilə bütün azarkeşlərin və tamaşaçıların diqqətini özünə cəlb edib.

Taekvondo üzrə döyüşən Məhəmməd Məmmədov məğlubiyyətini soyuqqanlı qəbul edə bilmir. 17 yaşlı gənc elə tatamidə hönkürə-hönkürə ağlamağa başlayır. Hətta rəqibi onu sakitləşdirməyə çalışsa da, Məhəmməd medal qazana bilmədiyindən özünə gələ bilmir.

Lakin gəncin kədəri çox çəkmir. Döyüşdən dərhal sonra onu həvəsləndirən bir hadisə baş verir. Prezident İlham Əliyev döyüşü zalda izləməsə də, Məhəmmədə zəng vurur və ona ürək-dirək verir. Məhəmməd deyir ki, dövlət başçısının zəngi onu düşdüyü dərin psixoloji böhrandan çıxarıb./Xezerxeber.com/

3605

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA