Şəbəkə işığınızı hansı halda söndürə bilər? - Vəkildən izahat

img

19-06-2015 [17:18]


İsrafil Əlili, vəkil

İşıq pulunu ödəmədiyim üçün işığın kəsilməsi qanunidirmi? Bundan əvvəl, vətəndaşa xəbərdarlıq olunmalı idimi?

Yəqin ki, bir çoxlarımız bu problemlə qarşılaşırıq. Hətta bəzəm binalarda belə məzmunlu elanlara rast gəlirik: "Əgər filan vaxtadək hər hansı bir sakin işıq borcunu ödəməsə, bütün bina sakinlərinin mənzillərinə verilən elektrik enerjisi kəsiləcəkdir”.

Bəs, bu məsələlərə qanun nə deyir?

Bu barədə Bakı Hüquq Mərkəzinin (BHM) hüquqşünası vəkil Dünyamin Novruzov məlumat verib. 

Vəkil bildirib ki, istifadə edilən enerjiyə görə ödənilməli olan pul məbləğinin əks olunduğu müvafiq bildirişi aldıqdan sonra istehlakçı həmin məbləği bir ay müddətində tam ödəmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandımaq hüququna malikdir ("Elektroenergetika haqqında” qanunun 11-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiqlənmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndi). Lakin enerji təchizatı müəssisəsi bu hüququnu həyata keçirərkən iki mühüm şərtə əməl etməlidir: 

Birincisi, istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilməli, elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. 

İkincisi, elektrik enerjisinin verilməsi dayandırılmazdan əvvəl enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə yazılı bildiriş təqdim etməlidir. Yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır (Qanunun 11-ci maddəsi, "Qaydalar”ın 9.13-1-ci bəndi)”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA