19-06-2015 [17:07]
Fast-food qidalarının ən çox tələb olunan növü - dönərlə bağlı antisanitar vəziyyət məlum olsa da, insanlar bu qidadan vaz keçə bilmir. Azərbaycanda satışının qadağan olunmasına baxmayaraq, toyuq dönərinə daha çox tələbat var. Müxtəlif dönərxanalarda toyuq dönərinin ət dönərindən 40-50 qəpik ucuz satıldığını nəzərə alsaq, tələbatın səbəbini aydınlaşdırmaq heç də çətin deyil. Yay fəslində isə bu qida daha təhlükəlidir. Maraqlısı və anlaşılmayanı da odur ki, insanlar satışının qadağan və sağlamlıq üçün təhlükəli olmasına baxmayaraq, hələ də toyuq dönəri ilə qidalanmaqda davam edirlər. Bu halda düşünürsən: "Bəlkə toyuq dönərinin satışına qoyulan qadağa aradan qaldırılıb?”
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev Modern.az saytına qadağanın qüvvədə qaldığını deyib:
"Toyuq dönərinin satışının qadağan olunmasına baxmayaraq, hazırda satışı davam edir. Bir müddət əvvəl hətta Türkiyədən toyuq idxalına da qadağa qoyulmuşdu. Hazırda bütün şəhər və rayon Gigiyena və Epidemiologiya mərkəzlərinə göstəriş vermişik ki, toyuq dönərlərinin satışının qadağan olunmasını təmin etsinlər və qanunvericiliklə nəzərdə tutulan tədbirlər həyata keçirsinlər”.
İmran Abdullayev toyuq dönərinin qanunsuz satışı ilə məşğul olanlarla bağlı bunları deyib: "Ticarət, iaşə müəssisələri sanitar qaydaların pozuntularına görə hansı sahədə çalışmasından asılı olmayaraq, fiziki şəxslər üçün 50 manatdan 100 manata qədər, vəzifəli şəxslər uçün 100 manatdan 200 manata qədər, hüquqi şəxslər üçün isə 200 manatdan 400 manata qədər cərimə nəzərdə tutulub”.
Dönər üçün istifadə olunan ətin haradan gətirilməsinə gəlincə, mərkəzin müdiri bildirib ki, ölkəmizdə toyuq istehsalı ilə məşğul olan kifayət qədər fermalar mövcuddur: "Hər halda, toyuq ətindən digər qidaların hazırlanmasına heç bir qadağa yoxdur. Dönər problemli qida olduğuna görə məhz toyuq dönərinə qadağa qoyulub. Ət dönərində istifadə edilən ət məsələsinə gəldikdə, bu həm yerli, həm də xarici istehsal hesabına başa gəlir. Ölkə ərazisinə xaricdən gətirilən ət gömrük orqanlarında nəzarətdən keçir. Yoxlamalardan sonra Karantin Müfəttişliyi tərəfindən həmin məhsulların daxil olmasına icazə verilir. Nəzərə almaq lazımdır ki, ət ölkəyə gətirilərkən onun nə üçün istifadə olunacağı müəyyən olunmur. Haradan gətirilməsindən asılı olmayaraq standartlara, gigiyena normalarına uyğun olmalıdır”.
Qurum rəsmisi qeyd edib ki, bu ilin son iki ayı ərzində bağlanan 20-ə yaxın iaşə obyekti arasında dönərxanalar da var: "Dəfələrlə bildirmişik ki, toyuq dönərinin satışı qanun pozuntusudur. Həm də təhlükəli olduğunu bilərək, vətəndaşlar hansısa qurumun həmin dönərxananı bağlamasını gözləmədən özləri toyuq dönərindən imtina etməlidirlər. Vətəndaşlarımıza bir daha tövsiyə edirik ki, xüsusilə yay fəslində dönərdən imtina etsinlər. Nəzərə alsınlar ki, toyuqdan hazırlanan dönər gün ərzində 7-8 saat şişdə qalaraq çox sayda mikroorqanizmlərlə çirklənir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi