Nazirdən Avropa Oyunları ilə bağlı açıqlama – 1 milyard tamaşaçı

img

19-06-2015 [16:49]


"Gün keçdikcə birinci Avropa Oyunlarının yarışlarını yayımlamaq istəyən xarici televiziya və radio şirkətlərinin sayı artmaqdadır. Artıq dünyada bir milyarddan çox insan bu yarışları izləyir”.

Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri iyunun 19-da Yevlaxda jurnalistlərə müsahibəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir, həmçinin bildirib ki, yarışların idarə olunması üçün lazım olan telekommunikasiya avtomatlaşdırma sistemləri uğurla həyata keçirilir.

Telekommunikasiyada, radio və televiziya yayımında, internetin istifadəsində heç bir problem yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA