Aqrar Universitet əməkdaşlıq müqaviləsi imzaladı - FOTO

img

19-06-2015 [11:52]


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb. 

Universitetdən Mia.az-a daxil olan məlumata görə, müqavilədə kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq məqsədilə Genetik Ehtiyatlar İnstitutunun nəzdində Azərbaycan Dövlət Aqrar Universitetinin "Baza kafedrası”nın yaradılması nəzərdə tutulub. 

Kafedranın məqsədi ADAU-da tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması, "Genetika”, "Biotexnologiya”, "Virusologiya”, "Seleksiya və toxumçuluq”, "Tərəvəzçilik” və "Meyvəçilik” elmləri sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması, Universitet və İnstitut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsindən ibarətdir.

Müqaviləni ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və AMEA–nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru  Zeynal Əkpərov imzalayıblar.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA