19-06-2015 [11:21]
Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko Osloda "Azadlıq forumu”nda iştirak edib. "El Mundo”qəzeti bu fürsətdən istifadə edərək ondan müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:
- Ukraynada "narıncı inqilab”dan nə qalıb?
-"Narıncı inqilab” və "ləyaqət inqilabı”nın ümumi məxrəci Avropa arzusudur. Ukraynalıların Avropaya qayıtmaq arzusu qəfil həvəs yox, bizm milli bütünləşməyimizdə təməl rol oynayan hissdir. "Ləyaqət inqilabı” göstərdi ki, ukraynalılar bu arzuya görə son dərəcə yüksək bədəl ödəməyə hazırdırlar.
- Hesab etmək olarmı ki, Ukrayna əhalisi siyasi baxımdan Avropa və Rusiya tərəfdarlarına bölünüb?
-Bizdə fikir ayrılıqları var, lakin aramızda münaqişə törədəcək heç nə yoxdur. Mən bu iddia ilə razılaşmıram ki, guya Ukraynada vətəndaş müharibəsi gedir. Ukraynadakı silahlı münaqişə rus işğalçıları, Rusiyanın işğalçı ordusu ilə Ukrayna ordusu və təcavüzlə döyüşən mülki şəxslər arasındadır. Eyni zamanda, əlbəttə, Ukraynada Putini müdafiə edənlər də var, çünki biz 350 il Rusiyanın müstəmləkəsi olmuşuq. İnsanların fərqli baxışa malik olmaq haqqı var. Siyasi tolerantlıq məhz bu cür gerçəkləşir. Lakin mən vaxt istəyirəm. Daha bir nəsil və milli dialoq yolu ilə strateji planda həmişəlik həll edəcəyik ki, Ukraynanın gələcəyi Avropadadır. Bu gün ukraynalıların 77%-dən çoxu Avropaya inteqrasiya, 47%-dən çoxu NATO-ya girmək uğrunda çıxış edir. Putin tanklarla Ukraynaya gəlir və bizə deyir ki, necə yaşamalıyıq. Əlbəttə, bu, qəbuledilməzdir. Ölkədə problemlər bu cür həll edilmir, əksinə, problem yaradılır.
- Bu günlərdə müsahibənizdə bildiribsiniz ki, "dünya Ukraynadan yorulub”. Hesab edirsiniz ki, Qərb daha çox cəhd göstərməlidir?
- Qısa şəkildə cavab verəcəyəm: dərindən hiss edirəm ki, bizi satıblar. Şəxsən mən sarsılmışam. Putin Ukranaya 600 tank, 1000-ə yaxın döyüş maşını yeridərkən Ukrayna yüksək qiymət ödəməyə məcbur oldu: 10 min dinc sakin həlak oldu, 50 min nəfər yaralandı, II Dünya savaşından bəri ən çox sayda adam - 1,2 milyon nəfər qaçqın düşdü. 1994-cü ildə nüvə potensialımızdan imtina xatirinə ABŞ-ın bizim ərazi bütövlüyümüz və suverenliyimizi necə zəmanətə götürdüyü yadımdadır. Ukrayna 1994-cü il dekabrın 5-də böyüklüyünə görə üçüncü olan nüvə dövləti statusundan imtina etdi, Rusiya, ABŞ, Fransa, Çin və Böyük Britaniya ona olduqca aydın bir zəmanət verdi. Məgər həmin sənəddə deyilmir ki, böhran başlayarkən Fransa, Çin, ABŞ və Böyük Britaniya bizə kömək etməyə borcludur? Memorandumlar və müqavilələr siyasətçilər üçün Bibliya kimi bir şeydir. Buna görə də hədsiz dərəcədə məyus olmuşam ki, dünyanın yaddaşı bu qədər qısadır.
- Rusiyanı Minsk razılamasını yerinə yetirmədiyinə görə dəfələrlə ittiham edibsiniz. Lakin ATƏT-in və Amnesty International-in ən təzə məlumatlarına baxanda, ola bilsin ki, Ukrayna da hərbi cinayətlər törədir...
- Mən bunu istisna etmirəm... bu cür epizodlar baş verə bilər. Lakin burada ən başlıcası budur ki, Rusiyanın nizami qoşunu Ukraynada peyda olandan sonra Ukrayna milləti bu günədək görünməmiş ağlasığmaz bir şücaət sərgilədi: ilkin olaraq Rusiya ordusuna qarşı çıxan ordu deyil, könüllülər oldu. Onlar misli görünməmiş qəhrəmanlıq göstərdilər. Hazırda şərq sərhədindəkilərin əksəriyyəti könüllülərdir. Mən potensial olaraq istisna etmirəm ki, bu adamlarla problemlər, hətta hərbi cinayətlər də törədir. Beynəlxalq qurumların buna göz qoymağı və beynəlxalq hüququ tətbiq etməyi lazımdır. Lakin mən təkid edirəm: sübutlar lazımdır, axı kimsə Ukrayna ordusunun hərbi cinayət törətdiyindən danışanda Putinin son dərəcə qüdrətli təbliğat maşınının varlığını nəzərə almaq lazımdır.
- Necə hesab edirsiniz, Ukrayna təcrübəsini nəzərə almaqla Avropanın quzeyinə soxulmağa Rusyanın cürəti çatarmı?
- Əlbəttə, mən hesab edirəm ki, o, artıq bunu edir. Avropa Putinə reaksiya vermək bacarığını itirib və həm bu, həm də digər məsələlərdə Rusiyaya münasibətdə təmərküzləşmiş mövqe getdikcə çətin alınır. Moskva Avropanın nüvəsi olan bu ölkələrə soxulanda onun hərbi əməliyyata ehtiyacı olmayacaq, vəziyyəti sabitsizləşdirmək və bununla da Avropanı zəiflətmək üçün xeyli üsullar var. Nümunə də var: bir neçə ay əvvəl Latviyada baş verdi (Latqal xalq respublikası). Bu, Polşada da baş verə bilər... Unutmayaq ki, neft pullarının hərəkətə gətirdiyi Rusiya təbliğatı necə işləyir və necə iti şəkildə hərəkət edir. Yunanıstanın baş naziri Rusiyaya qarşı sanksiyalar üzündən itkilərə görə AB-dən müavinət tələb edəndə, düşünürəm ki, bu, Rusiya üçün Avropada, bütün qitədə vəziyyəti gərginləşdirmək üçün həyasız bir üsul kimi görünür. Mən bunu soruşmuram ki, Putinin sırtıqlığı bəs edəcəkmi? Və yaxud növbəti qurban kimdir? Biz hamımız dünaynın tərkib hissələriyik. İstənilən ölkə növbəti qurban ola bilər. Ayıq-sayıq olmaq lazımdır(Strateq.az)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi