Gömrüklə bağlı problemi olanların nəzərinə: Ayın 24-nə hazırlıq görün!

img

19-06-2015 [11:16]


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyunun 24-də saat 10:00-da Qazax şəhərindəki Şahmat Mərkəzində (Bakı küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 23-ü saat 10:00-dək "192”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlarqızı, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: (022) 315-01-54) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA