19-06-2015 [10:40]
Azərbaycan hakimiyyətinə qarşı tənqidi fikirlər səsləndirənlər sırasına daha bir ölkə qoşulub. Daha dəqiqi, Böyük Britaniyanın səfiri Azərbaycan hökumətinin ünvanına sərt sözlər deyib.
"Turan” agentliyinin bir sıra Britaniya KİV nümayəndələrinin Azərbaycana səfərinin qadağan edilməsi ilə bağlı müraciətinə cavab olaraq səfir İrfan Siddiq Bakının Britaniya jurnalistlərinə qarşı qadağasını biabırçılıq adlandırıb.
Sitat: "Təəssüf ki, bəzi Britaniya jurnalistləri oyunları işıqlandırmaq üçün akkreditasiya olmayıblar. Bəzi jurnalistlərin bu hadisənin bir hissəsi olmaq imkanından məhrum edilməsi biabırçılıqdır. Bütün bunların Azərbaycan üçün təəssüf doğuran yekunu olub. Jurnalistlərin buraxılmasından imtinanın niyyəti mənfi qiymətləndirmələrdən qaçmaq cəhdi idisə, nəticə tam zidd olub və bir çox mənfi materialların ortaya çıxmasına səbəb olub. Müxtəlif nöqteyi-nəzərlərin qəbul olunması güclü demokratiyanın ən mühüm cəhətlərindən biridir”.
Gözənildiyi kimi, Britaniya səfirinin açıqlamasına yüksək səviyyədə cavab gecikməyib. Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov twitter hesabından səfirin əməllərini pisləyən açıqlama yazıb. Sitat: "Dünən mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri Britaniya jurnalistlərinin akkreditasiya olmamalarını biabırçılıq adlandırıb. Görünür, Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər, təəssüf”.
Qeyd edək ki, Azərbaycan hakimiyyətinin Qərbi Avropada ən yaxın münasibətlərə malik olduğu ölkələrdən biri və ya birincisi Böyük Britaniya krallığıdır. Bakı ilə London arasında uzun illər isti münasibətlər mövcud olub. Britaniyadan şahzadə səviyyəsində yüksək titullu rəsmilər dəfələrlə Bakıda qonaq olublar. Bu mənada uzun müddət Qərbdə Bakıya qarşı tənqidi fikirlərə London qoşulmayıb. İndi isə vəziyyət dəyişib. Britaniya mətbuatı rəsmi Bakını sərt şəkildə tənqid edir. Buna cavab olaraq Azərbaycan hakimiyyəti ingilis qəzetlərinə məhdudiyyət tətbiq edib.
Fransa Beynəlxalq Araşdırmalar Mərkəzi (CERI), Paris Siyasi Elmlər İnstitutunun eksperti Bayram Balçı deyir ki, Bakı ilə Qərb arasında bağlar tamamilə qopmaq həddinə yaxınlaşır. B.Balçının fikrincə, "Eurovision"dan sonra Avropa Oyunları Azərbaycanı yenidən diqqət mərkəzinə çıxarıb: "Bu oyunlar Azərbaycana baş bəlası olacaq. Reklam, hörmət gətirmək əvəzinə başağrısı, tənqidlər gətirəcək. Çünki bu cür tədbirlər bir qayda olaraq ölkədəki insan haqları, demokratiyanın vəziyyətinin tanıdılmasına, yerli fəalların bu sahədə problemləri dünyaya çıxarmaları üçün unikal şans verir. Bu isə Azərbaycanın indiki vaxtında heç də müsbət imic yaratmayacaq”.
Ancaq o da var ki, rəsmi Bakı Qərbin qarşısında geri çəkilmir, əksinə, hücum mövqeyi nümayiş etdirir, Qərb hökumətlərini, beynəlxalq qurum və siyasətçiləri tənqid edir. Doğrudanmı, Bakının hansısa ciddi kartı var? Bayram Balçı deyir ki, Bakı öz durumunu bildiyi üçün belə rahatdır: "Bakı bilir ki, nə qədər tənqid etsə də, fərqi yoxdur. Ən pis vəziyyətdə Bakı Moskva ilə yaxınlaşma kursu götürə bilər. Belə olarsa, Qərb daha çox itirəcək. Bunu Bakıda da bildikləri üçün sakit dayanmırlar. Bu mənada çox təəssüf ki, Azərbaycan demokratik fikirlər üçün çox ümidsiz bir durumdadır. Mən həmişə demişəm ki, Qərb vaxtında Rusiyanı durdura bilsəydi, o zaman indiki hadisələr baş verməzdi. Rusiya Ukrayna və digər ölkələrdə Qərbə qarşı bu şəkildə hücum edə bilməzdi. Qərbin indi Bakıya qarşı hansısa addımı atması mümkün deyil. Çünki ortada güclü Rusiya faktoru var. Moskvaya sığınarsa Bakı Qərbdən gələn təzyiqlərə qarşı dayanacaq. Yalnız BTC layihəsi davam edəcək. Çünki bu bir beynəlxalq layihədir və çox böyük miqdarda pul yatırılıb”.
B.Balçı deyir ki, Qərb Azərbaycana qarşı siyasi təzyiqləri artırsa da, embarqoya getməyəcək: "Embarqoya inanmıram getsinlər. Amma siyasi təzyiqlər var, lakin onun da faydası yoxdur. Bundan daha sərt təzyiqlərin olmasını güman etmirəm”.
"Yeni Müsavat”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi