Bu gün sizi nələr gözləyir? - Bürclər

img

19-06-2015 [09:04]


QOÇ - Astroloji göstəricilər xoş bir təqvim yaşayacağınızı bildirir. Xüsusən də saat 14-dən sonra bir neçə sürprizlə rastlaşma ehtimalınız var. Şəxsi büdcənizi artırmaq üçün canfəşanlıq göstərin.

BUĞA - Dünənki xoş ovqatınız bu gün də davam edəcək. Hansısa gərginlik və ya münaqişəni ağlınıza gətirməyin. Ailə üzvlərinizə qarşı mülayim olun. Sevdiyiniz adamları dəyərləndirin.

ƏKİZLƏR - Maraqlı adamlarla görüşəcəyinizi bəyan edən ulduzlar gələcək perspektivləriniz üçün bunun böyük səmərə verəcəyini deyir. Başqa maraqlı olaylarla da qarşılaşacağınız istisna olunmur.

XƏRÇƏNG - Qarşınızda çoxsaylı vəzifələr dursa da, orqanizminizdə passivlik yaranması işləri ləngidə bilər. Bu səbəbdən ilk növbədə səhhətinizi qorumalısınız ki, hər şeyə yetişə biləsiniz.

ŞİR - Ulduzların düzümü kənar təsirlərə məruz qalacağınızdan xəbər verir. Ələlxüsus da saat 12-15 arası ehtiyatı əldən buraxmamalısınız. Unutmayın ki, saat 11:22-dən Ay bürcünüzdədir.

QIZ - Yaxşı olar ki, özünüzü bütünlüklə sevgiyə həsr edəsiniz. Çünki həssaslığın himayədarı olan planetiniz (Merkuri) artıq Yerə təsir imkanlarını itirmək üzrədir. Şansınızı buraxmayın.

TƏRƏZİ - Əvvəlki günlərlə müqayisədə sağlıq durumunuz qənaətbəxşdir. Bundan irəli gələrək fəaliyyətinizi aktivlik müstəvisinə yönəltmək imkanı qazanacaqsınız. İşgüzar görüşləri təxirə salmayın.

ƏQRƏB - Diqqətli olun. Sizi aldada bilərlər. Ələlxüsus da peşə-sənət fəaliyyətində, işgüzar sövdələşmələrdə ayıq-sayıqlığınızı artırmalısınız. Düşünülməmiş riskə ehtiyac yoxdur.

OXATAN - Uğurlarınıza təkan verildiyindən qlobal problemləriniz arxada qalmaqdadır. Lakin rəqiblərlə münasibətdə ehtiyatı əldən buraxmamalısınız. Vəzifəli adamlardan uzaq olun.

OĞLAQ - Bəxtinizdə maraqlı bir gün durur. Qarşınıza çıxan bütün şanslardan yararlanın. Şəxsi büdcənizin azlığından şikayətlənməyin. Axı hələ hər şey itirilməyib. Azacıq səbr edin.

SUTÖKƏN - Hiss olunur ki, ətrafınızda cərəyan edən hadisələr sürətli olsa da, cansıxıcı təsir bağışlayır. Amma bu, ötəridir. Əgər qərarlarınızda qətiyyət göstərsəniz, narahatlıq olmayacaq.

BALIQLAR - Kənardan hansısa dəstək alacağınız inandırıcı deyil. Bu səbəbdən də yalnız öz gücünüzə arxalanın. Göy qübbəsi görüş və müzakirələrə gecikməməyi tövsiyə edir. Riskdən qorxmayın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA